Qol.Az-ın suallarını bu günlərdə «Neftçi» klubundan ayrılan milli komandamızın müdafiəçisi Rəşad Sadıqov cavablandırır
- "Neftçi"dən qovulmağını necə qiymətləndirirsən?
- Bu haqda heç nə düşünmürəm. Məni maraqlandıran yalnız karyeramdı.
- Bilirik ki, Türkiyənin "Boluspor" klubundan təklif almısan. Yenidən legioner həyatı yaşamağa necə baxırsan?
- "Neftçi" transfer vərəqəmi verən kimi karyeramı "Boluspor"da davam etdirəcəm. Artıq qəti qərara gəlmişəm, Azərbaycanı tərk edəcəm.
- Bundan əvvəl də Türkiyədə çıxış etmisən. "Kayserispor"un şərəfini qoruyurdun, amma bir müddət sonra geri dönməli oldun...
- O vaxtı "Kayserispor" mərkəz müdafiəçisi axtarırdı. Azərbaycanda işləyən Türkiyəli məşqçilərdən mənim barəmdə məlumat almışdılar. Fuad Yaman, Rasim Kara, Naci Şensoy kimi məşqçilərin köməkliyi ilə Türkiyəyə yollandım. İlk vaxtlar uğurlu çıxış edirdim. Sonra zədələrə görə bir müddət yaşıl meydanlardan kənar düşdüm. Zədəni sağaldıb yenidən futbola qayıtdıqdın sonra isə başqa bir problem ortaya çıxdığı üçün vətənə dönməli oldum.
- Bəlkə güclü rəqabətə tab gətirə bilmədin?
- Xeyr, səbəb bu deyildi. Hətta bəziləri fiziki çatdırmadığım üçün qayıtdığımı da deyirdi. Səbəb isə tam başqa idi. Onu da tək özüm bilirəm. Yenidən "Neftçi"yə qayıtdım. Amma mən bilməzdim ki, dönüşüm bir çoxlarına belə pis təsir edəcək. Hətta mənimlə qərzəli münasibət etməyədə başladılar.
- Kimlər idi qərəzli münasibət göstərən?
- Futbol adamları. Bu dəqiqə adlarını çəksəm, diktafona yerləşməz.
- Şahin Diniyevlə münasibətlərin hamıya məlumdu. Deyə bilərsənmi, konkret olaraq aranızda nə baş vermişdi?
- Bu barədə çox danışılıb. Mənim üçün artıq bağlanmış səhifədi. Aramızda nəyin baş verdiyini Diniyev özü də bilmir. Bu gün mənim haqqımda gəzən söz-söhbətlərin başlayıcısı elə Şahin Diniyev olub. Bizdə mənfi xəbərlər tez yayılır, insanlar sensasiya axtarırlar. Diniyevdə o söhbətlərin banisi oldu. Bütün bu söhbətlər mənə böyük bir zərbə vurdu. İlk növbədə insan kimi. Onun heç vaxt halallığını verməyəcəm.
- Ola bilməz axı Diniyev bu söhbətləri özüdən uydursun. Bəlkə ona da kimsə yanlış informasiya verib?
- Ola bilər. Amma o gərək məniml söhbət edib dəqiqləşdirərdi. Bu cür etməyi mənə hələdə qaranlıq qalıb.
- Deməyindən belə çıxır ki futbol aləmində səni istəməyənlər çoxdu. Heç düşünmüsənki buna səbəb nədi?
- Bilmirəm, paxıllığımı çəkirlər yoxsa başqa bir səbəb var. Tək onu bilirəm ki, məni istəməyənlar pis insanlardı. Hələ görməmişəm ki, yıxşı insan məni istəməsin.
- Futbolumuza olan legioner axınına münasibətin?
- Bu normal haldı. Bütün dünyada bu proses gedir. Əsasən də bizdə buna ehtiyac daha çoxdu. Çünki Azərbaycan səviyyəsi üçün yaxşı oynayan yerli futbolçularımız azdı. Amma yetişməkdə olan istedadlı gənclərimiz var. İnanıram ki, yavaş-yavaş bu inkişaf öz bəhrəsini verəcək və legionerlərə olan ehtiyacımız azalacaq.
- Belə çıxır ki, gəlmələrin səviyyəsi yerli futbolçularımızın səviyyəsindən yüksəkdi?
- Ola bilsin ki, səviyyələri yüksək olmasın. Amma onların futbola münasibətləri, həyat tərzləri tam fərqlidi. Məsələn ola bilər ki, yerli futbolçu güclü olsun amma rejiminə baxmasın, məşqlərinə diqqət eləməsin. Legionerlərin çoxu stabil olur. Öz üzərilərində işləyirlər.
- Bir müddət əvvəl tez-tez zədə alırdın. Və müsahibəlirinin birində bunu qara qüvvələr, cadu ilə əlaqələndirmişdin...
- Hər bir insan, istər futbolçu, istər jurnalist çətin vəziyyətə düşəndə emosiyalara qapılır. Və o anda elə söz deyə bilər ki, həqiqət olmasa da, həqiqəti onda axtarsın. Bəli, mən elə demişdim. Çünki həqiqətən də Azərbaycan futbolunda elə bir şeylər var. Amma bütün zədələrimi onunla bağlamaq düzgün olmazdı.
- Futbolumuzda qara qüvvələrin köməyindən kimlər istifadə edir?
- Elə klublar çoxdu.
- "Neftçi" necə istifadə etmirmi?
- Yox. Görmürsüz "Neftçi" nə gündədi? Qapımızı bir zərbə vururdular o da qol olurdu. Biz isə on zərbə endiririk, biri də qol olmur.
- Hətta bir müddət əvvəl karyeranı bitirməyidə düşünürdün.
- Olub. O fikir tez-tez ağlımdan keçir. Amma oturub dərindən fikirləşəndə düşünürəm ki hələ vaxtı deyil. Nə qədər ki, bacarıram oynayacam.
- Adın tez-tez dini qruplaşmalarda hallandırırılır...
- İndi çox qəribə zəmanədi. İçki içənə, digər çirkin işlərlə məşğul olan adamlara daha çox hörmət edirlər, nəinki din adamlarına. Bu cür söhbətləri çıxarın insanlar gündəmə düşmək üçün edirlər. Məni yaxından tanıyan adamlar bilir ki, həyat tərzim necədi. Mən heç bir dini qruplaşma tanımıram, tanımaq da istəmirəm. Hamımızın bir Allahımız var. Fərqi yoxdu, kim nə cür namaz qılır. Əsas odur ki, ibadət edir.
- Dünya çempionatının seçmə mərhələsinin startını bizim üçün uğurlu hesab etmək olmaz. Qarşıdakı oyunlardan nə gözləyirsən?
- Uğurlu olmasını çox istəyirdik. Bir tərəfdən uğursuz da adlandırmaq olmaz. Sadəcə olaraq Linxteynşteynə mütləq qalib gəlməli idik. Amma bacarmadıq. Məncə pis oynamadıq. Oyunun sonlarında buraxılan qollar, hakimlərin qərəzli qərarları bizə çətinlik törətdi. Qarşıda Rusiya yığması ilə çətin oyunumuz olacaq. Çalışacağıq nəticə əldə edək.
- Ruslardan xal almağı mümkün hesab edirsən?
- Mümkün olmayan heçnə yoxdu. Fikrimcə almanlarla səfərdəki oyundan başqa digər rəqiblərdən xal almaq mümkündü.
Kəmalə İSMAYILOVA
18 yaşlı Endrik evləndi
Sneyderin oğlundan ilk peşəkar müqavilə
Argentina millisinin üzvü "Atletiko"da
"Çelsi"dən "Arsenal"a - Rəsmi
"Mançester Siti"dən A seriyası klubuna keçdi
Millimizin üzvü Türkiyə klubunda - Rəsmi
“Qarabağ” yenidən öz məkanında - Şəkillər
Yeni mövsümün 3 Azərbaycan derbisi - Hansı turda və harda?
"Milan"dan daha bir transfer
Vəli Qasımova yeni vəzifə verildi
Platininin medal və kubokları oğurlanıb
"Mançester Yunayted" hücumçu ilə anlaşdı
"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi
"İnter" futbolçusunu icarəyə verdi
İtaliya klubu "Borussiya"ya təklif göndərdi
Konfrans Liqasında inanılmaz geridönüş
"Napoli"dən yeni transfer
"Araz-Naxçıvan" da iştirak ərizəsini açıqladı
"Roma"nın təklifinə razılaşdı
Arda Turanın "Şaxtyor"u mərhələ adladı, "Beşiktaş"a rəqib oldu - "Oyunçularıma fəxr edirəm"
Enrike onları əvəzedici komandaya göndərdi
"İnter" "Atalanta" ilə razılığa gələ bilmədi
Azərbaycanın Avropadakı 5-ci het-triki
İsveçdə son oyun
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
Azərbaycan 2025/26 mövsümündə ilk xalını qazanıb
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı
"Şelburn" - "Qarabağ" oyununun hakimləri açıqlandı
"Barselona" yeni oyunçusunun qardaşını hədəflədi
"Sabah" Avroliqa ilə belə vidalaşdı - Video
Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu
"Göstərdiyimiz oyunla fəxr edə bilərik" - Valdas Dambrauskas
Konfrans Liqasında daha 23 komanda 2-ci mərhələyə yüksəldi
"Çempionata yaxşı hazır olacağımıza inanıram” - Samir Abasov
“Sabah”ın Konfrans Liqasındakı rəqibi
"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı
Azərbaycanlı futbolçu dünyasını dəyişib
Ter Ştegen 4 ay yaşıl meydanlardan uzaq qala bilər
"Mançester Siti" 18 yaşlı oyunçunu transfer etdi
"İmişli"dən yeni transfer
Elmar Baxşıyev "Trabzonspor" üzərində qələbəni şərh etdi
"Neftçi" Polşadakı ilk oyununda heç-heçə etdi
"Çelye" - "Sabah": Heyətlər