Türk futbolunun əfsanəsi Sərgən Yalçının Qol.Az saytına eksklüziv müsahibəsi
- Sərgən, futbolçu karyeranızı bitirdikdən sonra nə işlə məşğul olursunuz?
- Hazırda müqavilə əsasında Türkiyənin «NTV» kanalında Ridvan Dilmənlə birgə şərhçilik edirəm, həm də futbola bağlı yazılar yazıram. Bundan başqa, baş məşqçilik diplomu almışam və yəqin ki, gələcəkdə məşqçilik fəaliyyətinə başlayacağam.
- Məşqçiliyə nə vaxt başlamağı düşünürsünüz?
- Çox güman ki, növbəti mövsümün əvvəlindən. Hazırda bəzi klublardan təfliklər almışam və onları dəyərləndirirəm. Mən hər bir komandada çalışmaram. Hansısa komandada işləmək üçün yaxşı şərtlər olmalıdır.
- Sizə Azərbaycan klublarından dəvət gəlibmi?
- Yox.
- Son vaxtlar Türkiyədən Azərbaycan futbol adamlarının axını artmaqdadır. Bu mənada, təklif alsanız, qərarınız necə olacaq?
- Azərbaycan bizə yaxın ölkədir. Şərtlər uyğun olarsa, bu barədə düşünə bilərəm. Amma dediyim kimi, hazırda konkret təklif yoxdur.
- Futbol oynadığınız dönəmdə təkcə Türkiyədə deyil, Azərbaycandan da sevildiyinizdən xəbəriniz vardımı?
- Yox, düzü, xəbərim olmayıb… Ötən il Mübariz bəyin («Xəzər-Lənkəran»ın fəxri prezidenti Mübariz Mənsimov nəzərdə tutulur - red.) komandasından dəvət almışdım. Azərbaycana transfer məsələm reallaşmalıydı. Ora futbol oynamağa gələ bilərdim. Amma alınmadı.
- Niyə?
- Bəzi şərtlərdə anlaşa bilmədik.
- Pul məsələsində, yoxsa başqa şərtlər də vardı?
- Təkcə pul deyil, bəzi şərtlər mənim üçün uyğun olmadı.
- Mübariz Mənsimovun özüylə görüşmüşdünüz?
- Bəli.
- Azərbaycanda bir neçə tanınmış türkiyəli futbolçunun oynamasından məlumatınız var?
- Əhməd Dursunun və Fatih Sonkayanın Azərbaycan klubuna keçməsindən xəbərdaram.
- Əli Cansun və Suat Usta da bizim «Neftçi» komandasında oynayır.
- Bundan xəbərim yoxdur.
- Ümumiyyətlə, türkiyəli futbolçuların bu yaşlarında Azərbaycan futboluna nə kimi faydası dəyə bilər?
- Əhmət Dursun futbol həyatının son dönəmini keçirir. O, «Beşiktaş» kimi komandada oynamış təcrübəli bir futbolçudur. Düşünürəm ki, Əhmədin xüsusilə gənc futbolçulara yardımı dəyə bilər. Fatih Sonkaya yaxşı bir oyunçu və insandır. Fatih yüksək səviyyəli futbolçu olmasa da, təcrübəsi var. Hesab edirəm ki, Əhmədin sizin futbola daha çox faydası dəyə bilər.
- Bəs, özünüz Azərbaycan futbolunu izləyirsinizmi?
- Düzünü desəm, yox. Amma tanıdığım komandalar var. Bildiyimə görə, Rasim Kara son dövrlərə qədər orda işləyirdi. «Karvan»ı, "Qarabağ"ı və Mübariz bəyin komandasını tanıyıram. Azərbaycanda futbol hələ yeni-yeni inkişaf edir. Futbolunuzun daha yaxşı səviyyəyə çatması üçün isə yaxşı pul və ən əsası xaricdən yüksək səviyyəli futbol adamlarının ora gəlməsi lazımdır. Azərbaycanda bizim kimi insanlar işləməlidir. İndiki vəziyyətdə Azərbaycan futbolunu istədiyiniz səviyyəyə çıxarmaq çətindir. Dediyim kimi, xaricdən səviyyəli futbol adamları gəlməlidir. Onlar Azərbaycan futbolunda yaxşı bir vəziyyət yarada bilərlər.
- Bir şərhçi kimi, yəqin Azərbaycan milli komandasının «Kocaelispor»da çıxış edən kapitanı Rəşad Sadıqovun oyununu görmüsünüz.
- Bəli, onun oyununu izləmişəm. O, üst səviyyəli oyunçu deyil. Amma komanda oyunçusudur. Yaxşı mübarizə aparır, əzmkardır. Bilirsiniz, Türkiyədə hər oyunçunun çox səviyyəli olmasına gərək də yoxdur. Əsas odur ki, komandaya uyğun olasan. «Kocaelispor»a gələndən o futbolçunun komandaya faydası dəyib.
- Rəşad Sadıqovun futbolçu kimi gücü Türkiyə superliqasında qalmağa, başqa sözlə, digər komandalarda oynamağa yetirmi?
- Burda qala bilər. Amma onun böyük komandalarda - «Qalatasaray», «Beşiktaş» və «Fənərbaxça»da oynaması çox çətindir. O, Anadolu komandalarında oynamaq səviyyəsində olan futbolçudur.
- Son vaxtlar Azərbaycana bir neçə tanınmış türk futbol adamı gəlib. Onların arasında «Qalatasaray»ın hazırkı baş məşqçisi Bülənt Qorxmaz da vardı. Sizə belə bir dəvət gəlibmi?
- Təbii əgər olarsa, gələ bilərəm. Amma belə bir dəvət olmayıb.
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu