Dünən Türkiyə çempionatının birinci divizionunun növbəti turu çərçivəsində səfərdə “Samsunspor”u 4:1 hesabı ilə məğlub edərək Super Liqaya vəsiqə şansını xeyli yaxşılaşdıran “Boluspor”un aparıcı futbolçularından olan həmyerlimiz İlqar Qurbanov Qol.Az-a müsahibə verib
- Dünənki oyun barədə nə deyə bilərsən?
- Çox çətin qarşılaşma oldu. Bunu əvvəlcədən də gözləyirdik və qarşılaşmaya ciddi hazırlaşmışdıq. Şadam ki, qələbə qazana bilik.
- Hesabın bu cür böyük olacağı sənin üçün gözlənilməz olmadı ki?
- Açığı, gözlənilməz oldu. Çünki “Samsunspor” son vaxtlar evdə oyun uduzmurdu. Ümumiyyətlə, orada oynamaq istənilən komanda üçün ağırdır.
- Bəs, nəyin hesabına evə bu qədər asan qələbə ilə döndünüz?
- Kim deyir ki, asan qələbə oldu? Siz hesabın böyük olmasına baxmayın. Oyun tamamilə bunun əksini deyir. Görüşdə hesabı biz açdıq. Sonra onlar bərabərlik qolunu vurdular. Ardınca yenidən hesabda önə keçdik. Mən qapıçı ilə təkbətək çıxsam da, özüm vurmayıb boş qapı önündə olan komanda yoldaşıma ötürmə verdim. O isə bizi hesabda önə çıxardı. Bir qədər sonra “Samsunspor” on bir metrlik cərimə zərbəsi vurmaq hüququ qazandı. Bəxtimiz gətirdi ki, zərbəni dəqiq vura bilmədilər. 80-ci dəqiqədə isə onların bir futbolçusu qırmızı vərəqə alaraq meydançadan qovuldu və yalnız bundan sonra üstünlük bizim tərəfimizə keçdi. Nəticədə daha 2 qol vuraraq böyükhesablı qələbə qazandıq.
- Bu qələbədən sonra liderlə aranızdakı xal fərqi 5-ə endi. Bu isə onu göztərir ki Super Liqaya vəsiqə qazanmaq üçün gözəl şans yaxalamısınız. Necə düşünürsən,bu vəsiqəni əldə edə biləcəksiniz?
- Hər halda, bunun üşün sona qədər vuruşacağıq. Məsələn, bu həftə növbəti tur çərçivəsində evdə “Kasımpaşa”nı qəbul edəcəyik. Onlar hazırda bizdən 1 xal irəlidədirlər. Əgər rəqibi keçmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Çox çətin oyun olacaq. Onlar da güclüdürlər. Üstəlik açıq, hücum futboluna üstünlük verirlər. Amma Super Liqaya çıxmaq istəyiriksə, “Kasımpaşa” və digər rəqiblərimizi də məğlub etməliyik. İnanıram ki, mövsümün sonunda Super Liqaya vəsiqə qazana biləcəyik.
- Səncə, hazırkı heyət Super Liqada oynamağa qadirdir?
- Pis heyətimiz yoxdur. Ortaya qoyduğumuz nəticələr də bunu deməyə əsas verir. Amma təbii ki, Super Liqa ayrı şeydir. Ora vəsiqə qazansaq, heyət bir qədər də gücləndirilməlidir.
- Bilirik ki, icarə əsasında yaya qədər “Boluspor”da oynayacaqsan. Müqavilə əsasında isə “Sivasspor”a məxsussan. Əgər “Boluspor” Super Liqaya vəsiqə qazanarsa, sonra karyeran necə olacaq?
- Düzü, hələ bu haqda fikirləşməmişəm. Hazırda bütün diqqətimi oyunlara yönəltmişəm. “Boluspor”un prezidentə mənim komandada qalmağımı istəyir və bunu indidən mənə deyib. Amma tələsmək istəmirəm. Mövsüm başa çatdıqdan sonra qəti fikir söyləyə bilərəm.
- Amma razılaş ki, “Sivasspor”dan fərqli olaraq “Boluspor”da əsas heyət oyunçususan.
- Elədir. Mən də istəyirəm ki, həmişə belə olsun. Əgər Super Liqaya çıxdıqdan sonra da “Boluspor”da əsas heyətdə oynamaq şansı qazansam, o zaman burada qalmağa üstünlük verəcəm.
- Uzun fasilədən sonra milli komandaya da dəvət aldın. Gözləyirdin bu dəvəti?
- Hə. Çünki “Boluspor” son vaxtlar əla çıxış edir və mən də daimi olaraq meydana çıxıram. İnşallah, Rusiya ilə oyun qabağı təlim-məşq toplanışında iştirak etmək üçün millinin düşərgəsinə gələcəyəm. İnanıram ki, özümü sübut edib Moskvaya gedəcək heyətə düşə biləcəyəm.
- Yeri gəlmişkən, milliyə dəvət almadığın dönəmdə verdiyin açıqlamanda bildirmişdin ki Rusiyadan xal gətirmək çətin məsələdir.
- Yenə də deyirəm, çətin olacaq. Rusiya millisi elə belə komanda deyil. Baxın, heyətlərində necə futbolçular oynayır. Dünyanın ən güclü milli komandalarından biridir. Amma xal qazanmağımız da mümkünsüz deyil. Hər şey bizim necə oynayacağımızdan asılı olacaq.
-
"Yuventus"dan ardıcıl ikinci qələbə
"Biz belə nəticəni gözləmirdik" - Dambrauskas
"Böyük iş gördük" - "İmişli"nin baş məşqçisi
"İmişli"dən "Sabah"a baxımlı qələbə qolu - Video
"İmişli" "Sabah"a, "Qarabağ" "Karvan"a qalib gəldi
“Neftçi”nin bizi təbrik etməməsini ciddi qəbul etmədim”
“Danışıqlar çox çətinləşməyə başladı" - Qurban Qurbanov
"Qarabağ"ın "Karvan"a vurduğu 2 qol - Video
"Sabah" - "İmişli" matçı üçün - Heyətlər
Mahirin komandasından geridönüş
"Mançester Yunayted"dən "Çelsi"yə keçidindən danışdı
"Yuventus"un futbolçusu Premyer Liqa klubuna keçdi
"Karvan" - "Qarabağ": Heyətlər
Mehdi Taremi "Olimpiakos"da
Dioqo Jotanın forma nömrəsi bu futbolçuya verildi
"Benfika"dan yeni transfer
Qara Qarayev: “Mənim rəqabətə girəcək dövrüm deyil”
"Qalatasaray"ın ardıcıl 4-cü qələbəsi - Video
Rüfət Zaqreb "Dinamo"suna qarşı oynadı
Ardanın qolu, "Real"ın qələbəsi - Video
Renat oynadı, komandası qalib gəldi
Vüsal oynadı, komandası heç-heçə etdi
"Məndə geri çəkilmək yoxdur" - Kaxaber Tsxadadze
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Araz-Naxçıvan" "Qəbələ"yə belə qalib gəldi - Video
"Araz-Naxçıvan" "Qəbələ"yə qalib gəldi, "Zirə"dən darmadağın
"Zirə"dən "Kəpəz"ə 5 qol - Video
"Komandanı toparlamağa çalışacağıq" - Adil Şükürov
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər
"Napoli" "Mançester Yunayted"lə razılığa gəldi
Flik püşkü dəyərləndirdi
Millimiz Sloveniyada turnirə qatılacaq
"Zirə" - "Kəpəz": Heyətlər
"Neftçi" bu futbolçusunu icarəyə verdi
"Barselona"dan Qavi açıqlaması
“Qarabağ”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Mourinyo Türkiyədən belə ayrıldı - Şəkillər
“Qarabağ”ın bütün vərəqələri ləğv olundu
"Milan" transferi açıqladı