Azərbaycan 1-ci liqasında çıxış edən və hazırda lider olan “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlinin QOL.az saytına müsahibəsi
- “Şəfa” 16 turdan sonra 1-ci liqada vahid liderdir. Komandanızın bu günə qədərki çıxışını necə qiymətləndirirsiniz?
- Qış fasiləsinə qədər hər şey lap yaxşı idi. Əslində indi də pis deyil, liderik. Amma qış fasiləsindən sonra ardıcıl xallar itirdik. Həmin görüşlərdə mümkün olan xallarımızı toplasaydıq, çempionluğun taleyini böyük ölçüdə həll etmiş olardıq, gərginliyi azaldardıq. Onu da deyim ki, sözügedən oyunlarda rəqiblərimiz də güclü idi, hamısı iddialı komandalar idi. Qələbə qazanmasaq da, yenə də liderik. Xal itkilərimiz isə çempionatda gərginliyin artmasına səbəb olub. Hazırda çempionluq uğrunda güclü rəqabət var.
- Ardıcıl heç-heçələrin ardından son turda “Difai”yə 8:1 hesabı ilə qalib gəldiniz...
- Bəli, belə bir qələbənin bizə çox köməyi olacaq. Bəzi futbolçularımız xeyli müddətdir ki, qol vura bilmirdi. Onların qollar vurması, belə hesabla qalib gəlməsi komandada özünəinamı artıracaq və növbəti oyunda da öz təsirini göstərəcək. Düzdür, növbəti rəqibimiz heç də asan deyil. “Şahdaq Qusar”la qarşılaşacağıq. Ardıcıl 4 oyundur ki, qalib gəlirlər. Amma biz də yaxşı komandayıq. Sadəcə sırf yerli futbolçularla oynamaq bir qədər çətinlik yaradır.
- Komandanızda legioner heç yoxdur?
- Cənubi Azərbaycandan bir oyunçumuz var – Amir İbrahimzadə. Onu da legioner saymaq olmaz. Azərbaycan əsilli olduğuna görə deyirəm.
- Birinci liqanın səviyyəsi necədir?
- Birdən-birə çempionatın səviyyəsini yüksəlməyəcək. Onu deyərdim ki, ötən mövsümlə müqayisədə səviyyə ikiqat artıb. Yarışa maraq çoxalıb. Premyer Liqada legioner limitinin ləğvindən sonra klublar yerli oyunçulara az şans verir və onların bir çoxu 1-ci liqaya üz tutur. Bundan başqa artıq hər il 1-ci liqadan Premyer Liqaya yüksəlmək imkanı var ki, bu da əlavə bir rəqabət, maraq yaradıb.
- “Şəfa” Premyer Liqaya nə dərəcədə hazırdır?
- Bizim üçün Premyer Liqada asan olmayacaq. Çünki komandamız yenidir, Premyer Liqa təcrübəsi yoxdur. Yerli futbolçularla davam etmək, legionersiz oynamaq çətinlik yaradır. Çünki rəqblərimizin heyəti demək olar ki, legionerlərdən ibarətdir. Bu günə qədər Premyer Liqa klubları ilə 4 oyun keçirmişik. Bunlar həm Azərbaycan kuboku, həm də yoldaşlıq oyunları olub. “Araz-Naxçıvan” və “Şamaxı” ilə heç-heçə etmişik. “İmişli”yə 80-ci dəqiqəyə qədər 1:0 qalib gəlirdik. “Qəbələ” ilə görüşdə uduzsaq da, layiqli mübarizə apardıq. Amma futbolçularımızın bəziləri o tempdə oynamağa hazır deyil.
- Premyer Liqa klubları ilə oyunlar sizdə hansı qənaəti yaratdı?
- Bu oyunlar gələcəyə ümid verdi, futbolçuların inamlı olmağını göstərdi. Rəqiblərdən geri qaldığımız məqam ancaq oyunun tempi ilə bağlıdır. Bu da çempionatlar arasındakı fərqlə bağlıdır. Biz də 3-4 tur Premyer Liqa səviyəsində komanda ilə qarşılaşsaq, həmin tempi tuta bilərik.
- “Şəfa”nın prezidenti Sərdar Salmanzadə gözlənilmədən vəzifəsindən ayrıldı. Bunun komandanıza təsiri necə ola bilər?
- Klub prezidentinin dəyişməsi “Şəfa”nın idarəetmə strukturu ilə bağlı məsələdir. Amma klubda bir idarəetmə sistemi var və təşkilati məsələlərdə cavabdeh şəxslər öz işlərini kifayət qədər yaxşı görürlər. Bizim əsas işimiz meydanda komandanın inkişafı və nəticələridir. Ona görə gündəlik işimizə ciddi təsir edəcəyini düşünmürəm.
- Klubun strategiyası və qarşıya qoyduğu tələblər nədən ibarətdir?
- Hələ ki, sırf yerli futbolçularla mübarizə aparmalıyıq. Klubun strategiyasında yerli futbolçuların oynaması, inkişaf etməsi, Azərbaycan millisinə futbolçu bəxş edilməsi əsas götürülüb. Tələblərə gəldikdə isə ildən-ilə inkişaf nəzərdə tutulub. Təbii ki, ilk ilindəcə komandadan yüksək yerlər uğrunda oynamaq tələb edilməyəcək. Premyer Liqaya yüksəlsək, məqsəd elitada qalmaq və ildən-ilə inkişaf etmək olacaq.
- Sizin klubla müqaviləniz nə vaxta qədərdir?
- Müqaviləm var. Şərtlərdə göstərilib ki, komanda Premyer Liqaya yüksəlsə, sözləşmə artırılacaq.

- Premyer Liqaya yüksələcəyiniz təqdirdə də sırf yerli oyunçularla mübarizə aparacaqsınız?
- Hazırda qərar belədir. Sonra necə olacaq, bilmirik.
- Burada maliyyə məsələsi də rol oynayır, yoxsa strategiya belədir?
- Sırf klubun strategiyası belədir. Əslində klubun futbolçu almaq imkanı var.
- Yəni maliyyə baxımından heç bir problem yoxdur?
- Əlbəttə. Hər şey qaydasındadır. Maaşlar və bonuslar vaxtında verilir. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edirik. Bircə stadionla bağlı çətinliyimiz var. Ev oyunlarımızı Binədəki stadionda keçiririk. Xal itkilərimizin hamısı da orada olub. Demək olar ki, 1-2 oyunu çıxmaq şərtilə səfərdə xal itirməmişik.
- Mətbuatda klubun yeni stadion inşa edəcəyi ilə bağlı xəbərlər var. Bununla bağlı məsələ nə yerdədir?
- Klubda bununla bağlı çalışırlar, amma hələlik yekun həllini tapmayb. Ola bilər ki, Bakıda hansısa bir stadionda bərpa işləri aparılsın, oyunlarımızı orada keçirəcək. Addımlar atılır, amma hələlik dəqiqləşən bir şey yoxdur.
Ramiq Ağaməmmədov
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi
Vedat Muriqi "Fənərbaxça" üçün İstanbuldadır
Dubl etdi, matçın ən yaxşısı oldu
Niderland millisinin üzvü "Tottenhem"də
İsveçrədən böyükhesablı qələbə -
Çexiya - CAR matçının ən yaxşısı seçildi
Vitinyadan yeni rekord
"Liverpul" heyətini onunla gücləndirdi
DÇ-2026-da qol vuran ilk A Seriyası oyunçusu oldu