“Zirə”nin Futbol Klubunun ruandalı müdafiəçisi Anje Mutsinzi Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Sumqayıt”ı məğlub etdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Sumqayıt”la görüşdə qalib gələrək, yarımfinala adladınız. Qələbəni necə şərh edərdiniz?
- Qələbə qazansaq da, asan oyun olmadı. Matça yaxşı başladıq. Rəqib üzərində müəyyən təzyiq yaratdıqdan sonra ilk qolu vurmağa nail olduq. Amma buna baxmayaraq, “Sumqayıt” fasilədən sonra təzyiqi artırdı. Rəqib azlıqdan sonra hücumları artırdıq və ikinci qolu vurduq. Ümumilikdə çətin görüş keçdi, amma vacib qələbə qazandıq və yolumuza davam edirik.
- Kənardan görünən o idi ki, “Zirə”nin müdafiə xətti bu oyunda elə də çətinliklə üzləşmədi...
- Məncə, göründüyü kimi deyil. Çünki “Sumqayıt”ın hücumameyilli futbolçuları çox güclüdürlər. Daim hərəkətdə olurlar. Bu da bizim üçün çətinlik yaradırdı.
- Növbəti mərhələdə “Turan Tovuz” - “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcəksiniz. Sabah “Kəpəz”ə azarkeşlik edəcəksiniz?
- Peşəkar futbolçu kimi oyunu bitərəf mövqedən izləyəcəyəm. Fərqi yoxdur, hansı komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Biz sadəcə öz rəqibimizi gözləyib, oyunumuza fokuslanacağıq.
- Qarşıdan Premyer Liqada səfərdə “Kəpəz”, daha sonra “Qarabağ”la oyun gəlir. Bu sıx qrafikə hazırsınız?
- İnanıram ki, fiziki durumumuzla bağlı heç bir problem olmayacaq. Həftədə 2 oyun keçirsək də, baş məşqçimiz müəyyən rotasiyalara gedir. Buna görə də, fiziki durumumuz hazırda yaxşıdır.
- Mövsümün sonunda üçüncü olmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Düzdür, hazırda dördüncü pillədəyik. Üstəlik, xal fərqi elə də çox deyil. “Zirə”yə qarşı oyunlar rəqiblər üçün asan olmayacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Son qədər mübarizə aparacağıq ki, istəyimizə çataq.
- Ruanda millisinin baş məşqçisi Adel Amruş dekabrda Bakıya gəldi, sizin oyununuzu da izlədi, eləcə də gələcək planlarından danışdı. Lakin bu günlərdə gözlənilmədən vəzifəsindən ayrıldı. Onun istefaya göndərilməsinə səbəb nə oldu?
- Baş məşqçinin ötən ildən bu günə qədərki fəaliyyəti analiz edildi və federasiya nəticələrin kifayət qədər yaxşı olmadığı qənaətinə gəldi. Bu səbəbdən də Amruşla yollar ayrıldı. Hazırda federasiya yeni baş məşqçi axtarışındadır.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”