“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirilən oyundan (1:6) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağında idi. Rəqibin ustalığı, gücü dərhal hiss olunurdu. Bir daha gördük ki, Çempionlar Liqası necə səviyyəli turnirdir. Birinci hissədə daha yaxşı oynaya bilərdik. Daha sadə oynasaydıq, qapımızda bu qədər qol görməzdik. Fasilədə futbolçularla öz aramızda danışdıq. Bilirdik ki, özümüzə gəlməliyik. İkinci hissədə istəyirdik müəyyən qədər matçın gedişini dəyişək. Azarkeşlərə təşəkkür edirəm. Bizə çox yaxşı dəstək oldular. İnşallah, növbəti oyunlarda yenə onları sevindirərik.
- Bu məğlubiyyətə “İmişli” ilə oyunun nə dərəcədə təsiri oldu?
- Təbii ki, vaxtımız çox olsaydı, oyuna daha yaxşı hazırlaşa bilərdik. Qubadakı stadiondan danışmağa isə ehtiyac yoxdur. Həmin matçda çox güc sərf etdik. 3-4 gündən bir sıx qrafikimiz oldu.
- Düşünmürsünüz ki, bəlkə də “Neftçi” yox, “İmişli” ilə matçı təxirə salmaq lazım idi?
- Nəinki “Neftçi”, ümumiyyətlə istəməzdik hansısa oyunumuz təxirə salınsın. 3-4 gündən bir oynamağımız daha yaxşıdır. Belədə tempi öldürmürsən. Avropa klubları da 3-4 gündən bir oynayırlar. İnşallah, biz də öyrəşərik.
- “Qarabağ” daha əvvəllər də “Nyukasl” səviyyəsində klublarla oynayıb. Lakin heç vaxt birinci hissədəki kimi zəif görünməyib. Bunun səbəbi nə idi?
- Yüklənmə olmuşdu. Amma psixoloji cəhətdən heç bir problemimiz yox idi. Bəlkə də çox rahat idik deyə belə alındı. Daha sadə oynasaydıq, bəzi qolları buraxmazdıq. Azərbaycan belə səviyyədə oyun görməyib. Pley-off idi. Şükürlər olsun ki, bura qədər gəlmişik. Azarkeşləri başa düşürəm, onlara çox böyük ümid vermişik. Bizdən hər oyunda qələbə gözləyirlər.
- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsiniz?
- Məncə, o qədər də haqsızlıq olmadı.
- Bəs, cavab oyununa necə motivasiya olacaqsınız?
- Səfər matçı Bakıdakından 3 qat çətin keçəcək. Temp, azarkeş, saat fərqi, 6 saatlıq yol – bütün bunlar işimizi daha da çətinləşdirəcək. İlk növbədə psixoloji cəhətdən özümüzü düzəltməliyik. Bərpamızı tezləşdirməliyik ki, daha yaxşı oyun göstərək.
- Son zamanlar klubdan gedəcəyiniz barədə xəbərlər yayılıb. Hansısa rəsmi təklif almısınız?
- Elə bir şey yoxdur. “Qarabağ”dayam və burada xoşbəxtəm. Nəsə olsa, biləcəksiniz.
- Çempionlar Liqasının ötən matçında məhsuldar ötürmə verdiniz, bu dəfə isə qol vurdunuz. Performansınızdan razısınız?
- Keçən dəfə məhsuldar ötürməm uğurlu olmuşdu, lakin bu dəfə qol vursam da, nəticə baxımından uğursuz oldu. Pley-offda qol vuran ilk azərbaycanlı futbolçu oldum. Qələbə olsaydı, bu məqama daha çox sevinərdim. Amma istənilən halda özümə görə sevincliyəm.
Foto: UEFA
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”