“Sumqayıt” futbol klubunun yeni transferi Sedrik Badolonun QOL.az saytına müsahibəsi
- “Sumqayıt”a keçidiniz necə baş tutdu?
- “Sumqayıt” çox yaxşı komandadır. Burada olduğum üçün şadam. Əvvəldən klub haqda müəyyən məlumatım var idi. Düşünürəm ki, bu keçid mənim xeyrimə olacaq.
- Bəs klubla bağlı ilkin təəssüratlarınız necədir?
- Hər şey yaxşıdır. Klubun şəraiti ürəyimcədir. Komandada çox yaxşı qarşılandım. Artıq ilk günlərdən düzgün seçim elədiyimi başa düşdüm.
- “Araz-Naxçıvan”la matçda yeni klubunuzun heyətində debüt etdiniz...
- Bəli, matçın sonlarında meydana daxil oldum. Təəssüf ki, debütum uğurlu alınmadı. Komandamız uduzdu. Təbii ki, debütumu qələbə ilə qeyd etmək istərdim. İnanıram ki, növbəti matçlar bizim üçün daha yaxşı olacaq.
- Sonuncu dəfə ötən ilin sonunda Burkina-Faso millisinin heyətində Afrika Millətlər Liqasında meydana çıxmışdınız. Optimal formaya düşməyiniz üçün nə qədər zamana ehtiyac duyursunuz?
- Bir qədər zaman ehtiyacım var. Hələ ki, ideal formamdan bir qədər uzağam. Lakin mən tənbəl oyunçu deyiləm. Məşqlərdə tam gücümlə çalışacağam. Məşqçilərimizin də köməkliyi ilə əlimdən gələni edəcəm ki, ən qısa zamanda yaxşı forma yığım və komandama kömək olum.
- “Sumqayıt”dakı hədəfləriniz nədir?
- İlk növbədə formamı bərpa etmək istəyirəm. Əsas məqsədim komandama faydalı olmaqdır. Əlimdən gələni edəcəm ki, “Sumqayıt” qarşıya qoyulan hədəfə çata bilsin.
- Komandanın hədəfi avrokuboklara vəsiqə qazanmaqdır. Sizcə, bu, mümkün olacaq?
- Təbii ki, şans həmişə mövcuddur. Qarşıda 13 tur var. Rəqabət güclüdür, bir neçə klub avrokuboklar uğrunda mübarizə aparır. O cümlədən də “Sumqayıt”. Lakin indidən konkret fikir bildirmək çətindir. Mövsümün sonunda hər şeyi birlikdə görəcəyik.
- “Araz-Naxçıvan”a qarşı oynadığınız stadion (“Liv Bona Dea Arena” - red.) sizə tanış gəldi?
- Bəli, bu stadionu xatırlayıram. Burada Avroliqanın təsnifat mərhələsində “Şerif”in heyətində “Zirə”yə qarşı oynamışdım (2024-cü ilin 18 iyulunda - red.).
- Dramatik oyun alınmışdı...
- Elədir. İlk matçda uduzsaq da, burada qələbə qazandıq. Penaltilər seriyasında mərhələ adlamışdıq.
***
Artıq ən vacib xəbərlərin bildirişi telefonuna gələcək!
QOL.az-ı "İOS"dan yüklə...
QOL.az-ı "Android"dən yüklə...
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”