Medianın İnkişafı Agentliyinin layihəsi
Son illərdə ölkəmizdə populyar idman növlərindən biri də boksdur. Bunun sübutudur ki, Azərbaycan təmsilçiləri qatıldıqları bir çox beynəlxalq yarışdan medallarla qayıtmağı bacarırlar. Düzdür, problemlər də az deyil. Amma bu gün müsbət nümunə Sübhan Məmmədovdan bəhs edəcəyik. Onun cəmi 19 yaşı olsa da, artıq kişilər arasında dünya çempionudur!
Ötən gün 48 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
O, 1/6 finalda Joey Kanoya (Filippin), 1/8 finalda Mehron Şafiyevə qalib gəlib. Sübhan 1/4 finalda Şodiyorjon Melikuzyevi (Özbəkistan) üstələyib. Yarımfinalda Sahil Alahverdovini məğlub edib. İdmançımız həlledici qarşılaşmada isə Rusiyanı təmsil edən erməni əsilli Edmond Xudayanla üz-üzə gəlib.
S.Məmmədov rəqibini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin an onun rəqibinin məğlubiyyətdən az qala yanıb-töküldüyü (özü də özlərinə hələ də düşmən gözü ilə baxdıqları azərbaycanlılara) video sosial medianın Azərbaycan seqmentini bəzəyən paylaşımlardandır.
Ümumilikdə kişilərdən ibarət Azərbaycan millisi mundialı 1 qızıl və 2 bürünc medalla başa vuraraq 120 ölkə arasında komanda hesabında 4-cü yeri tutub. Elə mundialda qızıl medal qazanan ölkələrin sayı da cəmi 4-ə bərabərdir. Rusiya 1-ci (7 qızıl, 5 gümüş, 1 bürünc), Qazaxıstan 2-ci (3 qızıl, 1 gümüş, 2 bürünc), Özbəkistan isə 3-cü olub ( 2 qızıl, 4 gümüş, 3 bürünc).
Əlbəttə ki, S.Məmmədovun 19 yaşında belə bir yüksək uğura yiyələnməsi olduqca müsbət haldır. Amma xatırlamaq lazımdır ki, bu, Azərbaycan boks tarixi üçün ilk dünya çempionluğu deyil. Sübhan Məmmədovun dünya çempionatında qazandığı qələbə Azərbaycan üçün mundiallarda səkkizinci "qızıl" olub.

Daha əvvəl dünya çempionatlarında Ağası Məmmədov, Cavid Çələbiyev, Elvin Məmişzadə, Maqomedrəsul Məcidov (3 dəfə) və Alfonso Dominqes də qalib olublar.
Ağası Məmmədov 2001-ci ildə Taylanddakı dünya çempionatında gümüş, 2003-cü ildə Finlandiyadakı mundialda qızıl medala yiyələnib. Cavid Çələbiyev 2013-cü ildə Qazaxıstanda birincilik qazanıb. Elvin Məmişzadə 2015-ci ildə Qətərdə bayrağımızı dalğalandırıb. Maqomedrəsul Məcidov 2011-ci ildə Bakıda, 2013-cü ildə Qazaxıstanda, 2017-ci ildə isə Almaniyada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Alfonso Dominqes 2021-ci ildə Serbiyada himnimizi səsləndirməyi bacarıb. Sübhan Məmmədovun qızıl medalı isə Azərbaycan boks məktəbinin layiqli, güclü və iddialı boksçular yetişdirməyə davam etdiyinin göstəricisidir. Həmçinin bu "qızıl"ı legioner yox, məhz əsli və özü azərbaycanlı olan boksçumuzun qazanması ikiqat sevinc doğurur.
Daha əvvəl Azərbaycan boks millisinin böyük məşqçisi Nəriman Abdullayev də QOL.az saytına açıqlamasında ölkəmizdə boksun inkişaf dinamikasının sürətləndiyini bildirmişdi. O, hələ 1 ay əvvəl, yəni dünya çempionatından öncə Sübhan Məmmədov haqda danışmış, xoş sözlər səsləndirmiş və ondan uğurlu nəticələr gözlədiyini demişdi. N.Abdullayev gənc boksçulardan danışarkən Sübhanın çox fərqli idmançı olduğunu vurğulamışdı:
“Qızlardan ibarət boksçularımızdan Aynur Mikayılovanı fərqləndirərəm. Çox gəncdir, az döyüş keçirib, amma perspektivi böyükdür. Ümid edirəm ki, yaxşı nəticə göstərəcək. Kişilərdən isə Sübhan Məmmədovun adını çəkərəm. O, bir tapıntıdır. Sübhan çox fərqli boksçudur. Dünya çempionatında da iştirak etdi (gənclər arasında). Gözəl döyüşdü. Güclü boksçu ilə qarşılaşdı. Biz onun məğlub olduğunu hesab etmirik. Çox gəncdir. İnşallah, qarşıdakı dünya çempionatında yaxşı nəticələr qazanacaq. Yəni, perspektivli boksçularımız var. Biz də onların üzərində işləyirik".
Bunu da xatırladaq ki, BƏƏ-dəki mundialda 1-ci yeri tutan boksçuya görə 300 min ABŞ dolları ayrılıb. Qaydalara əsasən, bu məbləğin 50 faizi idmançıya, 25 faizi məşqçiyə, qalan 25 faizi isə milli federasiyaya ödənilir.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video
Tiaqo Silva yenidən "Fluminense"də
Mbappe: “Messinin nə etdiyinə baxmıram”
Vikinqlərin unudulmayacaq qələbə sevinci - Video
Haaland dubl etdi, ən yaxşı seçildi
“Qarabağ”dan ayrılan Buntiçin yeni klubu - Rəsmi
Bombardirlik yarışında “qırğındır” - DÇ-2026
Tuhel: “Su fasilələri oyunu düşündüyümdən daha çox dəyişir”
Fransa - İraq matçı yarımçıq dayandırıldı - Yenilənib
Əvvəl penaltini qaçırdı, sonra dubl etdi - Video
Rangnik Argentina ilə oyundan danışdı
Oyunun ən yaxşısı Messi oldu