“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Hüseynovun QOL.az saytına müsahibəsi
- Ölkə kubokunun 1/8 finalında “Şahdağ Qusar”ı 2:1 hesabı ilə məğlub etdiniz. Matça erkən qolla başladınız və bundan sonra hamı böyükhesablı qələbə olacağını düşünürdü. Yekunda isə çətinliklə qələbə qazandınız. Niyə belə alındı?
- Kubok oyunları həmişə maraqlı keçir. Aşağı liqa komandaları meydana yüksək motivasiya ilə çıxırlar. Özlərini sübut etmək istəyirlər. Rəqib yaxşı oynadı, yaxşı mübarizə apardı. Bir qədər çox kobud oynayırdılar. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. İrəli gedirik.
- Ola bilərmi ki, rəqib I Liqa təmsilçisi olduğu üçün meydana arxayın çıxmışdınız?
- Deməzdim. Çalışırdıq öz oyunumuzu oynayaq, rəqibin kimliyinə fikir verməyək. Hava şəraiti bir qədər oyuna təsir etdi. Tam istədiyimiz kimi çıxış edə bilmədik. Bu cür matçlarda istəyi daha çox olan qalib gəlir.
- Növbəti mərhələdə rəqibin hansı komanda olmasını istərdiniz: “Kəpəz”, yoxsa “Araz-Naxçıvan”?
- Məncə, həmin cütdə şanslar bərabərdir, kim daha güclüdürsə, o da keçəcək. Rəqibə fikir vermirik. Kubokda ümumiyyətlə zəif rəqib yoxdur. Hamısı yaxşı komandalardır. İstənilən rəqiblə düşsək, çətin olacaq. Amma onu deyə bilərəm ki, “Araz-Naxçıvan”ın işi heç də asan olmayacaq.
- “Turan Tovuz”un qarşısına çempionluq hədəfi qoyulub. Bəs kubok komanda üçün nə dərəcədə önəmlidir?
- Kubok da vacibdir. Mümkün qədər irəli getməyə çalışacağıq. Alınsa, final oynamaq istərdik.
- Hazırkı heyət hər iki cəbhədə sona qədər mübarizə aparmağa imkan verir?
- Hazırda bir qədər zədəlilərimiz var. Həm də fasiləyə yaxındır. Yüklənmə çoxalır və belədə zədəlilərin sayı artır. Əgər komandada itki olmasa, bütün futbolçular hazır vəziyyətdə olsa, bəli, heyətimiz yetərlidir.
- Çempionatda son 3 turda qələbə qazana bilməmisiniz. Bunu qeyd etdiyiniz səbəblə - heyətdəki itkilərlə əlaqələndirmək olar?
- Bəzi insanlar başa düşmürlər, ya da başa düşmək istəmirlər ki, çempionat uzun marafondur. Hər bir komanda mövsüm boyu ideal formada ola bilməz. Çətin dövrlər də olur. Həm də son turlarda xal itirdiyimiz komandalar hamısı iddialılardır. “Neftçi” ilə matçda qol vurmaq üçün şanslarımız var idi. Məncə, son oyunlarda bəxtimiz gətirmir.
- Qarşıdan “Qəbələ” ilə səfərdə çempionat oyunu gəlir. Həmin matçda uğursuz gedişata son qoymaq mümkün olacaq?
- Əlimizdən gələni edəcəyik. Meydana 3 xal üçün çıxacağıq. Qələbə qazanmaq üçün darıxmışıq. İnanıram ki, uğursuz gedişata həmin matçda son qoya biləcəyik.
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı