“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdiniz. Əzmkar qələbəni necə şərh edərdiniz?
- İlk hissədə elə də yaxşı çıxış etmədik. Lakin fasilədən sonra toparlandıq və daha yaxşı oynadıq. Bunun da nəticəsində qələbə qazandıq, istəyimizə çatdıq və vacib 3 xal əldə etdik. Bu nəticəyə görə çox xoşbəxtəm.
- Fasilədə nə dəyişdi ki, “Qarabağ” ikinci hissədə üstünlüyü tam ələ aldı?
- Baş məşqçimiz iki əvəzetmə etdi. Bu da oyunumuzu dəyişdi. Üstəlik, fasilədə bizimlə söhbət də etdi. Komandaya daha da çox motivasiya verdi və bütün bunlar bizə müsbət təsir göstərdi. Özünüz də gördünüz ki, ikinci hissədə meydanda çox yaxşı “Qarabağ”a var idi.
- Deyə bilərik ki, “Qarabağ” Çempionlar Liqasında “Atletik”lə oyuna hazırdır?
- “Qarabağ” hər zaman hazırdır. İstər ölkə çempionatının oyunu olsun, istər Çempionlar Liqasının.
- Necə düşünürsünüz, “Qarabağ” ÇL-dəki uğurlu çıxışını çətin İspaniya səfərində də davam etdirə biləcək?
- Çempionlar Liqasında hər matç çox ağır keçir. Lakin biz ilk iki qarşılaşmada qələbə qazanmışıq. Güclü komanda olduğumuzu sübut etmişik. Göstərmişik ki, hər matçda qələbə qazanmağa qadirik. “Atletik”lə görüşdə də o cümlədən. İnanırıq ki, səfərdə oynasaq da, istəyimizə çatacağıq.
- Xarici mətbuatda Dortmund “Borussiya”sının sizinlə maraqlandığı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Bu xəbəri şərh edə bilmərəm. Elə mən də ancaq yazılanları oxumuşam. Başqa heç bir məlumatım yoxdur.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”