Aprelin 29-da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın milli rəqəmsal media təhlili platformasının - “Metrix.az” layihəsinin təqdimat mərasimi keçirilib.
Qol.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların davamı olaraq onlayn media subyektləri üçün əlavə reklam fürsətlərinin yaradılmasında media təhlili platformasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, milli sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi biznes strukturları üçün etibarlı data baza formalaşdıracaq.
Medianın İnkişafı Agentliyinin onlayn media və rəqəmsal marketinq üzrə eksperti Fəxri Eminov media təhlili platforması - “Metrix.az” layihəsinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, “Metrix” təhlil platforması 50-dən çox yerli informasiya veb-saytı və keçirilən sorğular vasitəsilə ölkədə ən çox oxunan xəbərləri, günün trendlərini və müxtəlif digər statistik məlumatları özündə ehtiva edir.
Sizi faydalı, dolğun və əhatəli məlumat bazası portalı olan metrix.az-ın təqdimat mərasimində görməkdən məmnun olarıq.
Tədbir panel müzakirələrlə davam edib.
Yuxarı
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi