Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa məthələsinin 5-ci turunda “Barselona”ya 1:4 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Litvalı mütəxəssis komandasının əlindən gələni etdiyini, lakin bunun qələbə üçün kifayət etmədiyini deyib: “Dünən həm də onu dedim ki, biz əlimizdən gələni edəcəyik. Həqiqətən də bunu etdik. Biz daha da qabiliyyətlərimizdən daha çoxunu göstərməyə çalışdıq. Eyni zamanda bəlkə də bu kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışırdıq. Onların necə paslaşdığını gördünüz, necə sürətli oynadıqlarını. Baxanda gözlərim və boynum ağrayırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Daha yaxşı edə bilərdik. Xüsusən də birinci hissədə. Onu da başa düşürəm ki, oyunçularım yerli liqada vertikal oynayırlar, "Barselona" ilə matçda mərkəzdən irəliləmək olmur. Yerli liqadakı oyun tərzimiz başqa cürdür, burada isə sağ və sol cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətləri məşq edirik, yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. İkini hissədə "Barselona" yenə özünü göstərdi. Onlar məğlubiyyətdən anidən qalib duruma keçir. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm, onlar mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlarımız oldu. Biz maksimumu etməyə çalışdıq. Amma bu da kifayət etmədi”.
Dambrauskas Xəyal Əliyevin çıxışını yüksək qiymətləndirib: “Çox gözəl performans göstərdi, yaxşı oynadı. İkinci hissədə oynamasını da planlaşdırırdıq. Bu gün hər kəsin 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq”.
Baş məşqçi komandasının “Barselona”dan xal ala biləcəyinə inandığını bildirib: “Bəli, biz həmişə inanırıq ki, imkanlarımız var. Meydana çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Biz əlimizdən gələni etdik, inanırdıq ki, standart vəziyyətlərdən yaxşı istifadə edə bilərik. Amma pozitiv məqamlar var ki, bu təcrübədən yerli liqada yararlana bilərik. Bunu daha ətraflı şəkildə analiz edəcəyik”.
Mütəxəssis bu qarşılaşmanın komandaya çox şey qazandırdığını qeyd edib: “Çox şey qazanmışıq. Təbii ki, bunu saymaq istəsək, burada səhərə kimi qalmalıyıq. Hazırlıq, mental tərəfləri...Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmamalıyıq. Əsas məsələ necə reaksiya verməyimiz idi”.
Dambrauskas Hans Diter Flikin onun komandası və özü haqqında müsbət fikirlərinə də münasibət bildirib: “O, çox tərbiyəli və mənəvi cəhətdən yüksəkdir. Sözlərinə görə sağ olsun”.
Du Keyruşun komandaya uyğunlaşması ilə bağlı suala cavab verən baş məşqçi futbolçunun inkişaf edəcəyini deyib: “İstedadı oyunçudur. Komandaya uyğunlaşmağa çalışır. Baxmaq lazımdır ki, nə qədər inkişaf edib. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçularımız çoxdur. Rotasiyalar edirik. Keyruş universal oyunçudur. Bizim üçün də vacib futbolçudur. Daha da təkmilləşəcək və daha da tez adaptasiya olacaq”.
Baş məşqçi Zedadkanın zədəsinin ciddiliyi ilə bağlı suala isə belə cavab verib: “Hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdur”.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma" ilə üz-üzə
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi