Medianın İnkişafı Agentliyinin layihəsi
Bugünkü həmsöhbətimiz “Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayevdir. 38 yaşlı məşqçinin gəlişindən sonra "Sabah" kifayət qədər uğurlu çıxış edir. Onun rəhbərliyi altında 5 oyuna 10 xal toplayan komanda sonuncu pillədən 5-ci yerə yüksəlib və qış fasiləsinə yüksək əhval-ruhiyədə yollanıb. Musayev Qol.az-a müsahibəsində ölkə xaricində məşqçi kimi debüt etdiyi "Sabah"dakı işindən, komandanın durumundan və qarşıdakı hədəflərindən danışıb.
- Artıq iki aya yaxındır Azərbaycandasınız. Bakıda yaşamaq necədir? Buranın mentaliteti haqda nə deyə bilərsiniz?
- Bakı şərq xüsusiyyətlərini və müasirliyi özündə birləşdirən gözəl, müasir, Avropa şəhəridir. Burada yaşamaq mənim üçün çox rahatdır.
- İlk dəfədir ölkə xaricində çalışırsınız. Çətinlik yoxdur ki?
- Özümü xaricdə hiss etmirəm. Burada bir çox insan rus dilində danışır. Mən cənubda doğulub böyümüşəm. Krasnodarda çoxlu millətlər yaşayır. Demək olar ki, bütün Qafqaz respublikalarında tez-tez oluram. Ona görə də mentalitetdə, ünsiyyətdə problem yoxdur. Üstəlik, Krasnodara birbaşa uçuş var, saat yarıma evdəyəm.
- Gənc və əcnəbi məşqçinin futbolçularla dil tapması da əsas şərtlərdəndir. Bu sarıdan işi necə qurmusunuz?
- Gənc və ya yaşlı fərq etməz, milliyyətin də fərqi yoxdur. Çox sadədir: tələblərimiz var, əgər onlar yerinə yetirilirsə, oyunçu yaxşı oynayır və nizam-intizamı qoruyursa, onda heç bir problem olmayacaq.
- ”Sabah”dan təklif alanda təsəvvür etdiyiniz Azərbaycan Premyer Liqasını görə bildiniz? Çempionatımız haqda fikirlərinizi bilmək istərdik.
- Azərbaycan çempionatı çox çətindir. Çünki cəmi 8 komanda var, hamı bir-birini yaxşı tanıyır. Bütün rəqiblər bir-birinə qalib gələ bilər. Komandaların çoxu hücum futbolu oynayır. Buna görə də çox vaxt açıq oyun olur.

- Azərbaycan Premyer Liqası Rusiya çempionatı ilə çox fərqlənir?
- Rusiya Premyer Liqasının daha çox maliyyə imkanları var. Klublarda güclü milli komandaların oyunçuları çıxış edir. Rusiyada uşaq futboluna böyük investisiyalar qoyulur. Üstəlik, çempionatda limit sərt deyil.
- Siz “Sabah”a gələndə komanda sonuncu pillədə idi. Ancaq klubun çempionatda yaxşı yerlərdən birini hədəfləməsi bəllidir. Komandaya gələndə qarşınıza hansı şərtlər qoyuldu?
- Əsas şərtlər komandanın oyununu stabilləşdirmək, öz üslubumu futbolçulara aşılamaq, hücum futbolu oynaq idi. Əgər bunlar reallaşsa, nəticələr də sabitləşəcək. Amma mən bura Bakının mənzərələrindən həzz almağa gəlməmişəm. İşləri yerinə yetirmək üçün böyük daxili motivasiyam var.
- Komandanın uğurlu seriyası sizin gəlişinizdən bir tur əvvəl başlasa da, oyununuzda inkişaf hiss olunur. Qısa müddətdə nələri dəyişmisiz?
- Sualın bu cür qoyuluşunu xoşlamıram. Məndən öncə olanlar və mənim nəyi dəyişdiyim barədə danışmaq istəmirəm. Komandanın oyunu ilə bağlı mənim öz baxışım var və hər gün bunun üzərində çalışıram. İrəlidə hələ görüləsi çox iş var.
- Əvvəlki məşqçilərin dövründə heyətə xeyli futbolçu cəlb edilib. Hazırkı heyətlə bağlı fikriniz necədir?
- Komandaya mövsümün qızğın vaxtında gəlmişəmsə, məntiqlidir ki, futbolçuların hamısını əvvəlki məşqçilər gətirib. Komandanın qaydalarımızı mənimsəməsindən, oyunçuların fədakarlığından razıyam. Hər kəs daha yaxşı oynamaq istəyir və hər məşqdə bütün gücünü ortaya qoyur.
- Qışda heyətdə dəyişikliklər olacaq?
- Komandadan gedənlər də ola bilər, yeni transferlər də. Hələlik heç bir konkretlik yoxdur. Ümumiyyətlə, qışda transfer bazarı məhdud olur. Mövsümün ortasında heç kim oyunçularını buraxmaq istəmir.
- Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
- Bizi gücləndirəcək istənilən mövqeyə oyunçu ala bilsək, şad olaram.
- 8 ildir dalbadal Azərbaycanı Avropa kuboklarının qrupunda təmsil edən “Qarabağ” komandası barədə fikirləriniz necədir? Komandanın “Marsel”lə oyunda şanslarını necə görürsünüz?
- “Qarabağ”a hörmətim var. Komanda müasir hücum futbolu nümayiş etdirir. Oyun tərzi göz qabağındadır. Ona görə də illər ərzində nəticələrində sabitlik var. Əminəm ki, Rusiya çempionatında oynasalar, yüksək yerlər uğrunda mübarizə apararlar. Konfrans Liqasında şansları yaxşıdır. “Marsel” güc futboluna üstünlük verir. Ona görə də belə ritmdə oynayan komanda ilə mübarizə aparmaq Fransa klubu üçün çətin olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər