Qol.Az saytının suallarını AFFA-nın baş katibi Elxan Məmmədov cavablandırır
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandamızın 2008-ci ildəki çıxışına və baş məşqçi Berti Foqtsun fəaliyyətinə necə qiymət verir?
- AFFA Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun fəaliyyətindən razıdır və hesab edirik ki, almaniyalı mütəxəssisin rəhbərliyi altında komandamız düzgün inkişaf yolundadır.
- DÇ-2010-un seçmə mərhələsi başa çatdıqdan sonra Berti Foqtsla müqavilə uzadıla bilərmi?
- Millinin baş məşqçisinin müqaviləsinin uzadılıb-uzadılmaması AFFA İcraiyyə Komitəsinin səlahiyyəti çərçivəsində olan məsələdir.
- Bəzi futbol adamları Premyer liqanın səviyyəsinin qalxdığını, bəziləri isə əksinə, gerilədiyini iddia edir. Bununla bağlı AFFA-nın mövqeyi necədir?
- Hesab edirik ki, son illərlə müqayisədə bu mövsüm Premyer liqanın səviyyəsi yüksəlib. Ölkə çempionatının oyunlarını izləyən futbol mütəxəssisləri, eləcə də azarkeşlər bunu təsdiqləyə bilərlər. Birinci dövrədən sonra turnir cədvəlində yaranmış vəziyyət Premyer liqanın səviyəsinin yüksəldiyini göstərir. Həm ilk pillələrdə qərarlaşan komandalar, həm də Premyer liqada qalmaq uğrunda mübarizə aparan klubların gərgin rəqabətinin şahidi oluruq. Ümid edirik ki, Premyer liqanın səviyyəsi get-gedə daha da yüksələcək. Çünki milli komandanın uğurlu çıxış etməsi üçün ölkəmizdəki klubların düzgün siyasət yürütməsi vacibdir.
- Futbol Akademiyasının tikintisi nə vaxt başa çatacaq?
- Futbol Akademiyasının tikintisi artıq yekunlaşıb və akademiya fəaliyyətə başlayıb. 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışları zamanı futbol akademiyasında qalacaq, futbolun incəliklərinə burada yiyələnəcəklər. Digər vaxtlarda da akademiyadan səmərəli şəkildə istifadə olunacaq. AFFA tərəfindən futbol akademiyasının inşa olunması Azərbaycan futbolu tarixində ilk belə hadisədir. İnanırıq ki, bu akademiyada təhsil alan uşaqlar arasında Azərbaycan futbolunu Avropa və dünya səviyyəsində təmsil edə biləcək futbolçular yetişəcək. Yeri gəlmişkən, bir məsələni də vurğulamaq istəyirəm ki, klublarımız da uşaq futbolunun inkişafına nail olmaq üçün futbol akademiyalarının tikilməsinə böyük diqqət ayırmalıdırlar. Müasir futbolun reallıqları bunu tələb edir.
- Hələ də Azərbaycanın bir sıra böyük şəhərləri futbolsuz qalıb. AFFA bu problemin aradan qaldırılması istiqamətində konkret hansı işləri görür?
- Premyer liqada Gəncə, Sumqayıt kimi özünün futbol ənənələri ilə məşhur olan şəhərlərimizin təmsilçisinin olmaması futbol ictimaiyyətinin hər bir nümayəndəsi kimi bizi də ciddi narahat edir. Bu şəhərlərdə futbolun dirçəldilməsi üçün AFFA olaraq səylərimizi əsirgəmirik. Onu da qeyd etmək lazımdır ki, bu şəhərləri təmsil edən komandaların məhz Premyer liqada çıxış etməsi şərt deyil, onlar I divizionda da mübarizə apara bilər.
- Yanvarın 15-də lisenziyalaşdırmayla bağlı şərtlərə əməl etməyən klubların adlarının açıqlanacağı bildirilmişdi. Amma bu, baş vermədi.
- Konkret olaraq, deyə bilərəm ki, Premyer liqada çıxış edən klublardan MOİK lisenziyalaşdırmanın ilkin şərtlərinə əməl etməyib.
- AFFA PFL-in və onun prezidentinin fəaliyyətinə müdaxilə edə bilərmi? Ümumiyyətlə, bu quruma rəhbər necə təyin olunur və yaxud necə seçilir?
- AFFA-nın yeni Nizamnaməsinə görə assosiasiyanın 4 birbaşa üzvü var və Peşəkar Futbol Liqası onlardan biridir. AFFA-nın üzvləri öz fəaliyyətlərində müstəqildirlər və AFFA onların işinə müdaxilə etmir. PFL-in prezidenti isə bu qurumu təsis edən klublar tərəfindən seçilir. Ölkəmizdə futbolun inkişafı naminə biz PFL-lə yaxından əməkdaşlıq edirik və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyə çalışacağıq.
- Azərbaycan mətbuatının, o cümlədən idman mətbuatının maddi vəziyyəti yaxşı deyil. Bu mənada, AFFA milli komandanın səfər oyunları zamanı idman nəşrlərinin hamısından bir nümayəndəni həmin matçlara apara bilərmi?
- AFFA mütəmadi olaraq mətbuat nümayəndələrinin milli komandanın ölkə xaricində keçirilən oyunlarında iştirakını təmin edib və bu istiqamətdə işlərimizin bundan sonra da davam edəcəyini bildirmək istəyirəm.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”