Qol.Az-ın suallarını Ağdamın «Qarabağ» klubunun yaradıcılarından olan Adil Nadirov cavablandırır
- Hazırda “Qarabağ” komandası ilə münasibətləriniz necədir?
- Mənim “Qarabağ”la münasibətlərim yaxşıdır, komanda rəhbərliyi ilə heç bir problemim yoxdur.
- Ağdam klubunun yaradıcılarından olsanız da, indi komandada heç bir vəzifəyə malik deyilsiniz. Bunu necə qəbul etmək olar?
- Mən klubun təsisçisiyəm. Təsisçi nə vəzifə tutmalıdır ki? Heç kimdən məni vəzifəyə qoymağı istəməmişəm. İstədiyim vaxt ora gedib-gəlirəm. Kimə nə kömək lazım olsa, əlimdən gələni etməyə çalışıram. Her ay da əmək haqqımı alıram.
- Sizin rəhbərlik etdiyiniz komandayla indiki arasında hansı fərqlər var?
- Mənim zamanımda komplekləşdirilmiş bir komanda vardı. Demək olar ki, həmin illər «Qarabağ» Azərbaycanda ən güclü üç komandadan biri idi. Oyunçularımız 8 ilə yaxın idi bir yerdə çıxış edirdilər.Ancaq bu gün komandada bir çox dəyişik baş verib. Mən “Qarabağ”ın vəziyyətini “Neftçi”nin indiki vəziyyəti ilə eyni saya bilərəm. Rasim Karanın komandadan qəflətən getməsi klubu daha pis vəziyyətdə qoydu. Bu, qəbuledilməz bir haldır. İnanıram ki, «Qarabağ» gələcəkdə əvvəlki kimi komplekləşdirilmiş vəziyyətinə qayıdacaq və öz yaxşı oyunlarını bərpa edərək azarkeşlərini sevindirəcək.
- “Qarabağ”ın baş məşqçi Qurban Qurbanovla müqaviləsi gələn ilin yanvar ayında başa çatır. Belə bir söhbət gəzir ki, komandaya Ağasəlim Mircavadov baş məşqçi gətiriləcək…
- Bunlar şayiədir. Mən rəsmi olaraq deyirəm ki, komanda rəhbərliyinin belə bir fikri yoxdur. Mircavadovla 6 ilə yaxın “Qarabağ”da birlikdə işləmişəm və nəticələri də onun vaxtında vermişik.Ona görə də komandanın bəzi azarkeşləri Ağasəlim Mircavadovun «Qarabağ»a baş məşqçi gətirilməsini istəyirlər. Bunu əvvəllər bizimlə işləyib nəticə verdiyinə görə arzulayırlar.
- «Qarabağ»ın hazırkı çıxışı sizi qane edirmi?
- Komandanın bu ilki oyununu heç cürə qəbul edə bilmirəm. Amma buna görə baş məşqçini günahlandıra bilmərəm. Bunun da səbəbi məlumdur - Qurban komandaya bir həftə qalmış gəlibsə, ondan ciddi uğur tələb etmək doğru olmazdı. Rəhbərliyin «Qarabağ»a ayırdığı pullar və yaratdığı şəraitin qarşısında Rasim Kara gördü ki, komanda yarada bilmir, zəif olduğuna görə «Qarabağ»ı qoyub qaçdı. Kara yalnız “Beşiktaş”da yaxşı məşqçi ola bilər. Burada hazır olmayan bir klubu hazırlayıb meydana çıxartmaq onun gücü daxilində deyil. Görürsünüz ki, «Xəzər-Lənkaran»ı oynadır, çünki Mircavadov o komandanı qurub getmişdi. Ona görə də «Qarabağ”ın bugünkü oyununa görə Qurbanı qınamaq lazım deyil. O, cavandır, təcrübəsi hələ çox deyil. Əslində Qurban komandanı belə bir vəziyyətdə üzərinə götürməklə ağır bir yükün altına girib. Qısa vaxtda hər şeyi düzəltmək çətindir.
- «Qarabağ» yayda bir neçə yaxşı oyunçu transferlər etdi - Makedoniya yığmasının keçmiş üzvü Artim Şakiri və Zaur Ramazanov. Onların oyunu sizi nə dərəcədə qane edir?
- Zaur Ramazanov həmişə yaxşı komandalarda oynayıb. Zaur o zaman yaxşı oynayır ki, onun arxasında güclü yarımmüdafiəçi olur. Bu gün isə “Qarabağ”da yarımmüdafiə xətti çox zəifdir,onu istənilən səviyyədə topla təmin edə bilmirlər. Amma inanıram ki, yaxın zamanlarda vurğuladığım çatışmazlıqlar öz həllini tapacaq və Zaur da əvvəlki oyununu bərpa edəcək. O ki qaldı Şakiriyə, onun çıxışı məni qane etmir. Bu adam gözləyir ki, kimsə ona ötürmə versin, o da oynasın. Bu, doğru edyil.
- «Qarabağ»ın bugünkü rəhbərliyinin kamandaya münasibətindən razısınız?
- İndiki zamanda komanda saxlamaq üçün gərək coxlu pulun ola, mənim də o qədər pulum yoxdur. Komandanı prezident kimi 15 il saxlamışam. Abdulbari bəy başda olmaqla “Azərsun” şirkəti «Qarabağ»a elə yaxşı baxır ki, deyərdim, ölkəmizdə ikinci belə bir klub yoxdur. Oyunçuların maaşları vaxtında verilir, qalib gəldikləri oyunun ertəsi futbolçülar mükafatlandırılır. Amma futbolçular bunların qarşılığını öz yaxşı oyunları ilə ödəyə bilmirlər.
Şükür CAVAD
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi