Türkiyə milli komandasının və «Qalatasaray» klubunun müdafiəçisi Servet Çetinin Qol.Az saytına eksklüziv müsahibəsi
- Servet, öncə keçmiş olsun. «Qalatasaray»ın son oyunlarından birində qolunuzdan ciddi zədə almışdınız. İndi necəsiniz?
- Allaha şükür, yaxşıyam. İstanbulda müalicə olunuram. İnşallah, yaxın vaxtlarda futbola dönərəm. Amma dəqiq vaxtı mən də deyə bilmirəm.
- Azərbaycanlı olduğunuzdan məlumatım olsa da, bu barədə özünüz ətraflı danışa bilərsinizmi?
- Mən İğdırdanam və əslən azərbaycanlıyam. Babalarım Türkiyəyə Azərbaycandan gəliblər. Amma düzü, Azərbaycanın hansı bölgəsindən olmaları barədə məlumatım yoxdur.
- Özünüz Azərbaycanda olmusunuz?
- Heç fürsət bulmadım. Bilirsiniz, futbolla əlaqədar bu aralar işlərim çoxdur. Amma ora gəlməyi çox istəyirəm.
- Azərbaycanın problemlərindən, ölkəmizin müharibə şəraitində yaşamasından xəbəriniz varmı?
- Bu barədə çox da eşitməmişəm. Amma təbii ki, müəyyən bilgilərim var. Əlbəttə, evdə bəzən bununla bağlı da danışırlar.
- Evdə ölkəmizlə əlaqədar nə kimi söhbətləriniz olur?
- Bəzən evdə də, dostlarımla birgə olanda da Azərbaycan telekanallarını seyr edirik. Evdəkilər də deyir, danışığınız bir az qəribədir. Ümumiyyətlə, burada hər kəs mənim azəri kökənli olduğumu bilir.
- Azərbaycan türkcəsində hansısa sözləri bilirsiniz?
- Bu ləhcədə danışa bilmirəm, amma azəri şivəsində danışılanların hamısını dərhal anlayıram.
- Azərbaycan futbolunu izləmək imkanınız oldu?
- Suat Usta, Levent və Ali Cansunun oynadığı komandanın («Neftçi» - red.) bir-iki matçını izləmişəm. Doğrusu, Azərbaycan klublarının oyununu izləməyə çox vaxtım olmur.
- Baxdığınız oyunda həmin klub necə təsir bağışladı?
- Əlbəttə, bu komandanı Türkiyə klubları ilə müqayisə etmək olmaz. Ümumiyyətlə, Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Amma təbii ki, zamanı gələndə hər şeyin düzələcəyini düşünürəm. Çünki dostlarımın mənə dediklərinə görə, artıq Azərbaycanda futbola böyük önəm verməyə başlayıblar. Deməli, Azərbaycanda hər şey yenicə başlayıb. İnanıram ki, nə zamansa Azərbaycan futbolu da dirçələcək və komandalarınız Avropada layiqli oynaya biləcək.
- Azərbaycan klubları sizə böyük məbləğdə pul ödəsələr təklifi qəbul edərsiniz, yoxsa sizin üçün peşəkar karyera daha üstündür?
- Düşünürəm ki, karyeramda mən çox nailiyyət əldə etmişəm. Yəni indiki karyeramdan tam razıyam. Türkiyənin ən böyük iki klubunda - «Fənərbaxça» və «Qatasaray»da oynamışam, milli komandada da çıxış edirəm, Avropa üçüncüsü olmuşam. Açığı, Azərbaycanda oynamaq istərdim. Təbii ki, mənim üçün karyeramın bundan sonrakı dövrü də önəmlidir. Amma bu işlər bəlli olmaz. Əgər Azərbaycandan sərfəli təklif olarsa, niyə də ora gəlməyim?
- Bildiyimizə görə, «Qalatasaray»dan bir il üçün 1 milyon 700 min avro tələb etmisən. Birdən Azərbaycan klubları səni transfer etmək istəsə, onların nə qədər pul ödəmələri lazımdır?
- Düzü, bu barədə onlarla danışmaq mənim üçün problem deyil. Oturub, söhbət etmək lazımdır. İndidən onu deyə bilərəm ki, Azərbaycana gəlməyim üçün yaxşı şərtlər olmalı, yüksək miqdarda pul verilməlirdir. Çünki indi «Qalatasaray» kimi bir komandadayam, Avropa klublarından da dəvət almışam.
- Belə başa düşdük ki, Azərbaycan klubları səni transfer etmələri üçün illik iki milyon avrodan çox pul verməlidir?
- Bəli!
- Türkiyənin «Avro-2008»dəki zəfəri Azərbaycanda da böyük sevinclə qarşılandı. Çempionatın gedişi zamanı sizin və türkiyəli futbolçuların bundan xəbəri vardımı?
- Əlbəttə. Türkiyədə, Almaniyada, Azərbaycanda böyük bayramların yaşandığına dair bizə xəbərlər çatırdı və bu bizi ikiqat ruhlandırırdı. Düzdür, heç bu barədə mənə deməsələr də, bilirəm ki, Azərbaycanda Türkiyənin uğurlarına görə nə qədər sevinirlər. Hər halda mən bu sevinci də təbii qəbul edirəm. Çünki Azərbaycanla Türkiyə bir millətdirlər.
- Azərbaycanda tanıdığın kimsə varmı?
- Yox. Amma «Fənərbaxça»da oynayanda Azərbaycandan staj keçmək üçün İstanbula bir məşqçi gəlmişdi. İndi adını dəqiq xatırlamıram. Məncə, hazırda orda hansısa klubu çalışdırır. Çox yaxşı, bəyəfəndi bir insan idi.
- Burda qohumların da yoxdur?
- İndi yox, hamısı Türkiyəyə köçüblər.
- Türkiyədə ünlü futbolçular arasında əslən azərbaycanlılar varmı?
- İğdırdan, Qarsdan olan bir neçə futbolçu Türkiyənin müxtəlif klublarında çıxış edir. Amma onların azəri kökənli olub-olmadıqlarını dəqiq bilmirəm. Bildiyimə görə, indi Türkiyədə Qurbanov soyadlı («Boluspor»da oynayan İlqar Qurbanov nəzərdə tutulur - red.) bir azərbaycanlı oynayır.
- İndi milli komandamızın kapitanı Rəşad Sadıqov da «Kocaelispor» klubunda baxışdadır.
- Bundan xəbərim yoxdur. Müqavilə bağlayıblarmı?
- Xeyr. «Kocaelispor»da maddi durum hələ yaxşı deyil.
- Hə, bu barədə eşitmişəm.
- Sonda bilmək istərdik, «Qalatasaray»da qalacaqsınız?
- Hazırda «Qalatasaray»la danışıqlar davam edir, komandayla anlaşmaq üzrəyəm, artıq müzakirələr yekunlaşmaq ərəfəsindədir. Hər halda, yəqin ki, «Qalatasaray»la müqaviləni uzadacağam.
Aydın BAĞIROV
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır