Milli komandamızın məşqçisi Mahmud Qurbanovun Qol.az-a müsahibəsi
- Əvvəlcə “Qarabağ”ın “Viktoriya” ilə dünənki oyunu barədə fikirlərinizi bilmək istərdik.
- Birinci hissə heç də yaxşı keçmədi. Bununla belə komandamız fasiləyə qədər gözəl qol vura bildi. İkinci hissədə isə “Qarabağ” yaxşı hücumlar qurdu. Əsasən də Əfran İsmayılovun meydana daxil olmasından sonra qol epizodları çox oldu. “Qarabağ” 2-3 epizodda qol vurmağa borclu idi. Miçel və Dani boş qapıdan topu keçirə bilmədi. Rəqib də heç nədən qol vurdu. Ancaq “Qarabağ” heç də pis çıxış etmədi.
- “Qarabağ”da ustalıq səviyyəsinin çatmadığını demək olar?
- Deməzdim ki, ustalıq səviyyələri çatmadı. “Qarabağ” qapısından qol buraxana qədər oyuna nəzarət edirdi, topa daha çox sahib olurdu. Qol epizodları da kifayət qədər idi.
- Hücumçu çatışmazlığı “Qarabağ”ın uğurzusluğuna nə dərəcədə təsir etdi?
- Reynaldo hücumda fəal idi. “Qarabağ” yüzfaizli qol epizodları yaradırdı. Buna görə də hücumçu yoxluğundan şikayətənlənmək düzgün olmaz. Görünən o idi ki, Reynaldo hücumda heç də pis çıxış etmirdi. Muarem qol vurdu. Almeyda və Dani də yaxşı oyun sərgilədi. Əfran da oyunu canlandırdı.
- Deyirlər, bəxt həmişə güclünün tərəfində olur. Sizcə, “Qarabağ”ın bəxti gətirmədi, yoxsa rəqib daha güclü idi?
- Bəxtdən bir az şikayətlənmək olar. Çünki Miçelin topu boş qapıdan keçirə bilməməyinə başqa ad vermək olmur. O qol vurulsaydı, rəqib komanda çətin vəziyyətə düşəcəkdi. Deməzdim ki, “Viktoriya” “Qarabağ”dan güclü idi. Göründüyü kimi, daha çox müdafiəyə fikir verirdilər. Oyunun sonlarında isə iki hücumçu ilə oynamağa başladılar. Bu əvəzetmələrdən sonra isə onların təzyiqi artdı.
- Əvəzetmələrdən söz düşmüşkən, Qurban Qurbanovun əvəzetmələri tənqid olundu.
- Oyunçularının durumunu hamıdan yaxşı baş məşqçi bilir. Bizə bu barədə nəsə demək çətin olar. Hər halda Qurban Qurbanov öz komandasına yaxşı bələddir. Ədətən, futbolda nəticə olmayanda biz çox xırdalığa gedirik. Əslində dünən “Qarabağ” rəqibdən yaxşı oyun sərgilədi.
- O fikirlə razısız ki, çempionatımızın səviyyəsi “Qarabağ”ın oyununa da mənfi təsir edib?
- Çempionatın bu cür gedişatı təbii ki, klublarımıza təsirsiz ötüşmür. Təbii ki, Çexiya çempionatı bizimkindən güclüdür. Çexiya klubları ilə oynamaq çətindir. Əlbəttə, çempionatımızda 4-5 güclü komanda olsa, daha yaxşı olar.
- “Qəbələ” sabah Avropa Liqasının III təsnifat mərhələsində “Lill”lə cavab oyununa çıxacaq. Səfərdə qeydə alınan 1:1 hesablı bərabərlik komandamıza nə qədər üstünlük verir?
- “Qəbələ” səfərdə yaxşı nəticə qazanıb. 1:1 hesabı “Qəbələ”nin şanslarını artırdı. “Lill” Fransa Liqasında çıxış edir. “Qəbələ” üçün çətin olacaq, ancaq mərhələ keçmək şansı var. Məncə, təmsilçimiz səfərdəki qarşılaşmanın ilk hissədəki oyununu Bakıda da sərgiləsə, mərhələni keçəcək. Komandamızın yaxşı hücum qura bilən, çevik futbolçuları var. Şansları bərabər qiymətləndirərdim.
- Milli komandamızda oynamağa razılıq verən Ramil Şeydayev haqda nə düşünürsünüz? Onu yığmamızın növbəti toplanışında görə bilərik?
- Onun yığmamızda oynaması özü üçün də yaxşı olar, bizim üçün də. Ümid edirəm ki, seçmə mərhələdəki ilk oyunumuza qədər onun millimizdə oynaması təsdiqini tapacaq. Robert Prosineçki Bakıya gələndən onunla bu barədə danışacağıq. Şeydayev perspektivli futbolçudur. Məncə, FİFA-dan müsbət cavab alınsa, Şeydayev millinin qarşıdakı toplanışına dəvət olunacaq.
Ramiq AĞAMƏMMƏDOV
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu
"Zirə"nin qələbəsindən - Video
Bərbad!..
Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”
"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı
“Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir”
“Qarabağ”ın bərbad meydançadakı çətin qələbəsi - Video
Qurban Qurbanov “İmişli” klubuna da etiraz etdi
"Kəpəz"dən yeni transfer
İqor Tudor rəsmən İngiltərə Premyer Liqasında
Azərbaycan çempionatı: Ölkənin ən güclüləri müəyyənləşdi
"Zirə" - "Karvan Yevlax": Heyətlər
"Liverpul" "Arsenal"ı 109 milyon avroya məğlub edir
“Qarabağ” Qubaya getdi, tribunalar doldu - Video
Koxalski iştirak ərizəsində niyə yoxdur? - Açıqlama
Azərbaycan çempionatında 1/4 final başlayır
"İmişli" - "Qarabağ": Heyətlər
Transferlərə ən çox pul xərcləyən klublar - “Nyukasl” da var
“Neftçi”də 3 legioner
Messi dünya çempionatında iştirak etməyə bilər
“Araz-Naxçıvan”da yeni oyunçu
Juninyo qələbə qolu vurdu - Video
"Nyukasl"ın "Qarabağ"la oyundan öncə son dueli
40 yaşlı Modriçin vurduğu qol - Video
"Borussiya" 4 qolla qalib gəldi
"Qalatasaray"dan darmadağın
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?