Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
ÖLKƏ FUTBOLU 29 Sentyabr 2026 / 12:26 633
-  A +

UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən verir ki, D Liqasında 2-ci qrupun oyununu  Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Kristian Petru Cioçirca olacaq. Ona yan xətdə Maksimilian Veys və Mihael Obritzberger kömək göstərəcək. Dördüncü hakim funksiyasını Safak Barmaksız yerinə yetirəcək.

VAR-da Manuel Şuettengruber, AVAR-da Alexander Harkam olacaq.

Azərbaycan - Lixtenşteyn oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner