Canni İnfantino Bakıya gəldi

Canni İnfantino Bakıya gəldi
XƏBƏR 29 Sentyabr 2026 / 12:13 286
-  A +

FİFA prezidenti Canni İnfantino Bakıya gəlib.

QOL.az saytının məlumatına görə, FİFA rəhbərinin səfərində məqsəd ilk dəfə Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlardan ibarət komandaların Dünya Çempionatı və Festivalı üçün görülən işlərlə tanış olmaqdır.

Bu gün FİFA prezidenti Hövsanda 12 hektarlıq ərazidə tikilən 10 mini-stadionun inşası ilə tanış olub.

Xatırladaq ki, dünya çempionatı oktyabrın 22-dən 31-dək davam edəcək və mundialın oyunları Hövsanda inşa olunan kompleksdə keçiriləcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner