"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Topaz Premyer Liqanın XXVI turunda "Qəbələ" ilə oyundan (2:1) sonra müsahibəsi
- Oyun necə keçdi?
- Maraqlı, gərgin oyun oldu. Çempionluğa favorit olan 2 komandanın görüşü idi. Sevinirik ki, 3 xal qazandıq.
- Meydana çıxmamağının səbəbi nə idi?
- "Sumqayıt”la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə zədələnərək, ilk yarıdan sonra əvəzlənmişdim. Bundan sonra müalicəm gedir. Qarşıda da millinin Qazaxıstan yığması ilə oyunu var. Hazırda tam sağlam olmadığımdan, məni meydana buraxmağa risk etmədilər.
- Yeri gəlmişkən, Qazaxıstanla matç haqda nə deyə bilərsən?
- Fikrimcə, bizim üçün vacib oyun olacaq. Çünki bu il ilk oyunumuzdur. Növbəti seçmə mərhələyə artıq az qalıb. Beş aydan sonra mübarizəyə başlayacağıq. Ona görə bizim üçün hər oyun futbolçular arasında uyğunlaşma olması baxımından çox vacibdir. Bundan əlavə, ciddi itkilərimiz var. Cavid Hüseynov, Rahid Əmirquliyev millidən kənarda qalıblar. Buna görə də oyuna yaxşı hazırlaşmaq lazımdır.
- "Qəbələ” üzərində qələbədən sonra "Qarabağ”ı çempionluq münasibətilə təbrik etmək olar?
- Düzü, çempionluq barəsində düşünmürük. Çünki qarşıda xeyli oyunumuz var və onlara hazırlaşırıq. Hər matçımızda qələbəyə oynayırıq. Məsləhət nədirsə, o da olsun.
- "Qəbələ” də çempionluğa iddia edirdi. Necə düşünürsən, bu komanda üçün çempionluğun artıq əldən getdiyini demək olarmı?
- Bunu zaman göstərəcək. Əvvəlcədən nəsə danışmaq çətindir.
Mənbə: sportnet.az
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?