“Qarabağ”ın ispaniyalı futbolçusu Migel Markos Madera Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan Qol.Az saytının suallarını cavablandırıb.
- "Qarabağ" cari mövsüm Premyer Liqada ilk məğlubiyyətini aldı...
- Bizi səfər matçında çətin oyun gözlədiyini əvvəlcədən bilirdik. Belə də oldu. Oyun ərzində irəli atıldıb qol vurmağa cəhd etsək də, təəssüf ki, alınmadı.
- Sanki bir qədər həyəcanlı idin və komanda yoldaşlarınla meydanda anlaşmaqda çətinlik çəkirdin. Hələ komandaya uyğunlaşmamısan?
- Mənə belə düşünmürəm. Heç də həyəcanlı deyildim. Komanda yoldaşlarımla da çox yaxşı anlaşırdım. İkinci dəfədir “Qarabağ”ın əsas heyətində meydana çıxıram. Hər oyun çalışıram ki, komandama daha yaxşı uyğunlaşım və “Qarabağ”da uğurlar qazanım.
- Fiziki cəhətdən özünü 90 dəqiqə oynamağa hazır hiss edirsən?
- “Qarabağ”a gəldiyim gündən öz üzərimdə daha çox çalışıram ki, əsas heyətdə özümə yer tapım. Amma baş məşqçimiz necə uyğun bilirsə, elə də qərar verir. “Sumqayıt”la oyun bir qədər fərqli idi. Çünki əsas heyət futbolçuları “Monako” ilə oyundan sonra yorğun idilər və Qurban Qurbanov meydana bu futbolçuların çıxmasını məsləhət bildi. Mənim üçün də ilk “11-lik”də oynamaq bir şans oldu. Bundan sonra da çalışacam ki, əsas heyətdə yerimi möhkəmləndirim.
- Həmyerlin Dani Kintana “Qarabağ”a ilk gəlişində komandanın oyun üslubunu “Barselona”ya bənzədirdi. Sən necə düşünürsən?
- Dani Kintananın fikirləri ilə qismən razıyam. Bəzən mən də elə düşünürəm ki, “Qarabağ”ın oyun sistemi “Barselona”ya oxşayır. Amma mən “Barselona”ya qarşı çox oynamışam. Deyə bilərəm ki, “Barselona” çox çətin bir komandadır və onlara qarşı oynamaq tamam başqa hisdir. "Qarabağ"a gəldikdə isə bu klubun özünəməxsus oyun üslubu və buna uyğun da futbolçuları var. Bu sistemdə oynamaq olduqca çətindir. Çünki topu daha çox idarə etməli və özündə saxlamalısan. Mən də hər gün çalışıram komandama uyğunlaşım.
- “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmaq üçün şanslarını necə dəyərləndirirsən?
- Mənə elə gəlir ki, biz Avroliqanın ən çətin qrupunda yer almışıq. Amma şanslarımız hələ də davam edir. Qarşıda üç oyunumuz qalır.Qrup lideri “Monako” ilə aramızda cəmi 2 xal fərq var. Qrupdan çıxmaq şansımız var. Komanda şəkilində çalışırıq ki, istədiyimiz nəticəni əldə edək.
- “Monako”nu Bakıda məğlub etmək olar?
- Əgər istədiyimiz kimi oyunlara köklənə bilsək, Bakıda istənilən komandanı məğlub etmək olar. Biz də buna çalışırıq. Əgər komandamızda bu inamı yarada bilsək, uğur qazanacağıq.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb