“Turan Tovuz”un portuqaliyalı müdafiəçisi Xorxe Silva Misli Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qələbəni necə şərh edərdiniz?
- Oyun çox çətin olacağını bilirdik. Qarşılaşmaya istəkli başladıq. Bunun da nəticəsində erkən qol vurduq. İkinci hissəyə də eyni istəklə start verdik. Nəticədə yenidən fərqləndik. Lakin sonra tez-tez top itirdik. Rəqibə əks-hücumlar qurmaq şansı yaratdıq. Qapımızda qol gördük. Buna baxmayaraq, yekunda qalib gəldik və çox sevinirik.
- Yenilənmiş qazonu necə qiymətləndirirsiniz?
- Çox möhtəşəmdir. Tam istədiyimiz kimidir. Arzumuz da bu idi ki, doğma stadionumuza qayıdaq. Çünki burada oynamaq bizim üçün çox yaxşıdır. Tovuzda komandaya güclü dəstək var.

- Oyundan sonra mətbuat konfransında komandanızın baş məşqçisi Kurban Berdiyev bildirdi ki, futbolçularda ilk dəqiqələrdə həyəcan hiss olunurdu. Bu, nədən irəli gəlirdi?
- Baş məşqçimiz deyirsə, deməli, elədir. Çünki Kurban Berdiyev çox təcrübəli mütəxəssisdir. O, hər şeyi gözəl başa düşür. Həyəcanlı olmağımızın bir səbəbi uzun müddətdən sonra yenidən doğma meydana qayıtmağımızdır. Öz azarkeşlərimiz önündə oynayırdıq. Digər tərəfdən isə “Sumqayıt” da zəif rəqib deyil. Həyəcan həm də istəkli olmağımızdan irəli gələ bilər.
- Demək olar ki, “Turan Tovuz” artıq avrokubokların qapısını açıb?
- Çempionatın startından əsas hədəfimiz avrokuboklardır. Bu hədəflə də irəliləməyə çalışırıq. İnanırıq ki, məqsədimizə çatacağıq.
- Yarımfinalın ilk matçında “Zirə”yə 0:2 hesabı ilə uduzdunuz. Kubokdan əlinizi üzmüsünüz, yoxsa cavab matçında geridönüş edəcəyinizə inam qalıb?
- Futbolda hər şey mümkündür. “Turan Tovuz” da yaxşı komandadır. Heyətimiz güclüdür. Ona görə də düşünürəm ki, vəziyyəti dəyişə bilərik. Lakin hazırda kuboku düşünmürük. Əsas fikrimiz növbəti turda “Araz-Naxçıvan”a qarşı keçirəcəyimiz matça yönələcək. Həmin oyun da çətin keçəcək. Çünki rəqib yaxşı komandadır.
- Uzun məsafəyə aut atmağınızla seçilirsiniz. Hətta sizin üçün zarafatla “əllə qol ötürməsi verir” də deyirlər...
- Həqiqətən də aut atışlarım uğurlu alınır. Əvvəlki klubumda da belə idi. Məqsədim hər zaman komandama kömək etməkdir. Daim assist etmək istəyirəm, fərqi yoxdur, ayaqla, ya əllə. Əsas odur ki, komandama xeyrim dəysin.
- Bayaq azarkeşləri qeyd etdiniz. “Turan Tovuz” fanatlarından sosial şəbəkələr vasitəsi ilə mesajlar alırsınız?
- “Turan Tovuz”u seçməyimin səbəblərdən biri də azarkeşlərdir. Bilirdim ki, bu komandanı fanatlar daim dəstəkləyirlər. Mənə hətta transfer reallaşmamışdan qabaq yazan azarkeşlər də var idi. İndi də yazırlar. Əlbəttə, bu, bir futbolçu üçün sevindirici haldır. Hər zaman azarkeşlərin bu sevgisini cavablandırmağa çalışıram.

Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi