“Neftçi”nin fransalı yarımmüdafiəçisi İmad Farajın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 25-ci turunda “İmişli”ni 6:0 hesabı ilə darmadağın etdiniz. Oyun barədə fikirləriniz necədir?
- “İmişli”yə qarşı çox yaxşı çıxış etdik. İlk 20 dəqiqə ərzində 3 dəfə fərqlənməyimiz inanılmaz göstəricidir. Bundan sonra bizim üçün matç daha asan keçdi. Erkən dəqiqələrdə qol vurmasaq, işimiz getdikcə çətinləşir. Bunu daha öncəki matçlarda da müşahidə etmişik. "İmişli"yə qarşı oyunda əlimizə düşən əksər fürsətləri qola çevirməyi bacardıq. Xoşbəxtik, qol buraxmadan qələbə qazanmaq bizi daha da sevindirir.
- Hesab arasındakı fərqin belə böyük olacağını gözləyirdiniz?
- Açığı, yox. Məncə, heç kim belə hesab gözləmirdi. Əsas hədəf qələbə qazanmaq idi. Qalib gəlməyi çox istəyirdik. Bundan sonrakı hər matçda qələbə qazanmaq xüsusi önəm daşıyır. Avrokuboklarda çıxış etmək üçün qələbələrə ehtiyacımız var.
- Demək olar ki, bu cür böyükhesablı qələbə ilə “İmişli”dən ilk iki dövrədə itirilən 5 xalın əvəzini çıxdınız?
- Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var. Biz çox matçda xallar itirmişik. Əgər həmin oyunlarda xal itkiləri ilə qarşılaşmasaydıq, hazırda turnir cədvəlində ilk üçlükdə idik.
- 4-cü yerdən “Neftçi”ni cəmi 5 xal ayırır. Avrokuboklar şansını necə dəyərləndirirsiniz?
- Qarşıda bizi çətin oyunlar gözləyir. "Sumqayıt", "Zirə" və "Araz-Naxçıvan"a qarşı ağır matçlarımız olacaq. Hər 3 oyunda qalibiyyətə ehtiyacımız var. İnanıram ki, buna nail olsaq, hədəfə çatmaq şansımız daha da artacaq.
- “İmişli” ilə oyundakı çıxışınızı necə qiymətləndirirsiniz? "Neftçi”nin heyətində ilk dəfə dubl etdiniz...
- Həqiqətən də çıxışım məni sevindirir. Həm 2 qol vurdum, həm də məhsuldar ötürmə etdim. Bu cür oynamaq özünəinamı daha da artırır. Nəticədə komanda şəklində daha yaxşı çıxış etməyə davam edirik.
- Azarkeşlərə nə demək istərdiniz? Növbəti matçlarda da sizdən bu cür performans gözləsinlər?
- Azarkeşlərimizə minnətdaram. Hava şəraitindən, məsafədən asılı olmayaraq hər zaman yanımızdadırlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edirik. İnanıram ki, inamlı çıxışımızı qarşıdakı matçlarda da davam etdirəcəyik.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?