“Turan Tovuz”un panamalı müdafiəçisi Roderik Millerin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 25-ci turunda “Qəbələ” üzərində çətin qələbə (3:2) qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Bizim üçün çox vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Gözlədiyimiz kimi, qarşılaşma çətin alındı. 3 qol vursaq da, 3 xalı çətinliklə əldə etdik. Nəticəyə görə sevinirik. Bu qələbəyə çox ehtiyacımız var idi.
- “Turan Tovuz” inamlı müdafiəsi ilə seçilsə də, “Qəbələ”dən iki qol buraxdınız. Bu, sizin üçün də gözlənilməz oldu?
- Təbii ki, bizim məqsədimiz qapımızı toxunulmaz saxlamaqdır. İki qol buraxmağımız yaxşı hal deyil. Çalışmalıyıq ki, bu cür səhvlərə bir daha yol verməyək.
- Adətən belə fikirlər səslənir ki, “Turan Tovuz” iddialı komandalara qarşı yaxşı oynasa da, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandalarla görüşlərə lazımınca köklənmir. Həqiqətən elədir?
- Xeyr, bu fikirlə razı deyiləm. Biz bütün rəqiblərə qarşı 100 faiz motivasiya oluruq. Qarşımızdakı komandanı turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmirik. Üstəlik, Kurban Berdıyev kimi təcrübəli baş məşqçimiz var. Onun nizam-intizama necə diqqət ayırdığını hamı bilir. Berdıyev hətta məşqlərdə də ən xırda detala belə xüsusi diqqət yetirir. Odur ki, motivasiya sarıdan hər hansı bir problem yaşamırıq. Sadəcə futboldur, bəzən alınmır. Üstəlik, mövsümün sonu yaxınlaşdıqca rəqiblər də hər matça ciddi yanaşırlar.
- “Turan Tovuz”un avrokuboklara yollanmaq şansını necə dəyərləndirirsiniz?
- Bunun üçün çalışırıq. Avrokuboklara çox yaxınıq. Hamımızın məqsədi də budur. Bilirik ki, “Turan Tovuz” uzun illərdir avrokuboklarda oynamır. Nəhayət bu dəfə həsrətə son qoymaq istəyirik.
- Üstəlik, kubokda da yolunuza davam edirsiniz...
- Elədir. Kubokda yarımfinaldayıq. Hədəfimiz final oynamaqdır. Hər iki cəbhədə sona qədər mübarizə aparacağıq.
- Son turlar inamlı təsir bağışladığınızı nəzərə alsaq, çempionatda yaranan fasilə “Turan Tovuz”ın əleyhinə ola bilər?
- Bir neçə futbolçu öz millisinin düşərgəsinə yollanacaq. Digər futbolçular üçün isə istirahət etməyə imkan olacaq. İnanıram ki, hər bir futbolçu fasilədən sonra daha güclü şəkildə qayıdacaq.
- Siz də növbəti dəfə Panama millisinə dəvət almısınız. Ölkənizdə çıxışınız mütəmadi olaraq izlənilir? Azərbaycan çempionatı ilə maraqlanırlar?
- Əlbəttə, izlənilir. İstər yaxınlarım, istərsə də millinin məşqçilər korpusu Azərbaycan Premyer Liqasını daim diqqətdə saxlayırlar. Belə olmasaydı, milliyə də dəvət almazdım.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat