“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan” üzərində böyük hesablı qələbə (6:0) qazandınız. Görüşü necə şərh edərdiniz?
- Düşünürəm ki, matç bizim üçün pozitiv notlarla keçdi. Sevindirici haldır ki, qol buraxmadan qələbə qazandıq. Məşqçinin dediyi bütün tapşırıqların öhdəsindən gəldik. Lakin bəzi səhvlərimiz də oldu. Rəqib az qala müəyyən epizodlarda bundan yararlanacaqdı. Ona görə də diqqətli olmalıyıq. İndi qapımızda qol görməsək də, qarşıdakı rəqiblər bu səhvləri bağışlamaya bilər.
- Necə düşünürsünüz, bu matçda "Qarabağ" çox güclü idi, yoxsa "Araz-Naxçıvan" zəif çıxış etdi?
- Biz sadəcə öz işimizi görürük. Tapşırıqların hər birini lazımi səviyyədə etdikdə layiq olduğumuz qələbəni qazanırıq. "Araz-Naxçıvan" yaxşı komandadır. Daha güclü çıxış etməyə ehtiyacımız var. Bundan da yaxşısını edə bilərik. Birinci yerdə olmalıyıq.
- Yəqin ki, oyundan öncə 6:0 hesabını gözləmirdiniz. Elədir?
- Bu barədə düşünmürük. Addım-addım qələbələrə nail oluruq. Hesab 1:0, 2:0, yaxud 3:0 olanda da o qədər çətinlik çəkmirik. Əsası yaxşı müdafiə olunmaqdır. İnamlı müdafiə olunarkən, qol buraxmırıq. Həmin situasiyada qələbəyə daha yaxın olursan.
- Demək olar ki, Çempionlar Liqasında çıxışını başa vurduqdan sonra “Qarabağ” artıq tam çempionata köklənib?
- Bəli, artıq tam çempionata köklənmişik, qələbələr qazanmalıyıq. Çempionluq mübarizəsi davam edir. Qarşıda bizi hələ uzun marafon gözləyir. Hər matç bizim üçün vacibdir. “Sabah” güclü komandadır. Lakin imkan verməməliyik ki, rəqib xal fərqini artırsın.
- Növbəti turda səfərdə "Zirə" ilə qarşılacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- "Zirə" çətin rəqibdir. Onlarla matçda tez-tez heç-heçə edirik, xal itiririk. Çalışmalıyıq ki, bu dəfə eyni hal təkrarlanmasın. Matça çox ciddi hazırlaşmalıyıq. Çünki məqsədimiz qələbədir. Bu matçda yaxşı nəticə qazanmaq istəyirik.
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?