“Neftçi”nin müdafiəçisi Yuri Matias bu gün mətbuat konfransı keçirib. QOL.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən tədbirdə braziliyalı müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Bu mövsüm “Neftçi”nin heyətində ən çox qol vuranlardan biri sizsiniz. Komanda yoldaşlarınıza qol vurmaq üçün nə məshələt görərdiniz?
- Müdafiəçi olaraq çalışıram işimi yaxşı görüm. İmkan olanda fərqlənirəm. Komanda yoldaşlarıma məsləhət verə bilmərəm.
- Cari mövsüm “Neftçi” çempion olmaq üçün nə etməlidir?
- Hazırda lider “Qarabağ”la xal fərqimiz bir qədər çoxdur. Üçüncü pillədə olmağımız heç kimi razı salmır. Azarkeşlərin narazılığını normal qarşılayıram. Amma nəzərə almaq lazımdır ki, “Neftçi” bu mövsüm yenidən qurulur. Baş məşqçi yeni gəlib, eləcə də futbolçular. Adaptasiya heç də asan proses deyil. Bilirik ki, bundan daha yaxşısını edə bilərik.
- Mətbuatda adınız “Qarabağ”la yanaşı hallanırdı. Həqiqətənmi klubunuzu dəyişmək barədə düşünürsünüz?
- Hər zaman transfer olduğum klublarda 3-4 il keçirmişəm. Çalışmışam o klubun uğurları üçün əlimdən gələni edim. “Neftçi”yə gələndən də xoş münasibət görmüşəm. Bu da məni motivasiya edir.
- “Neftçi”nin heyətində 9 sarı və 1 qırmızı vərəqə almısınız. Bu, çox deyil?
- Düz deyirsiniz. Vərəqə sayı çoxdur. Lakin bu günə kimi oynadığım liqalarda hakimlə dialoq qurmaq olurdu. Azərbaycanda isə belə deyil. Aldığım vərəqələrin çoxu kobudluğa yox, məhz danışığa görədir.
- Hakimlərdən başqa nə ilə Azərbaycan Premyer Liqası sizi təəccübləndirib?
- Təəccübləndirən amil odur ki, çempionatda mübarizə aparan istənilən komanda digərindən xal ala bilər. Hamı qələbə üçün oynayır. Heç bir oyuna arxayınlıqla çıxmaq mümkün deyil.
- “Neftçi” fanatları üçün “Qarabağ”la oyunun yeri başqadır. Bu haqda məlumatınız varmı? Azarkeşlərə “Qarabağ"la oyunda qol sözü verə bilərsiniz?
- Həm klub, həm də azarkeşlər üçün bu oyunun əhəmiyyətini bilirəm. Artıq bir dəfə “Qarabağ”la qarşılaşmışıq. Bizim üçün də maraqlı oyundur. Hər bir futbolçu istəyir ki, güclü rəqiblə üz-üzə gəlsin. Rəqib güclüdür. Amma biz də “Neftçi”yik və heç kimdən çəkinmirik. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Müdafiəçi üçün qol sözü vermək çətindir. Amma söz verirəm ki, meydanda canımı qoyacam ki, “Neftçi” qələbə qazansın.
- Belə təəssürat yaranır ki, sanki 20 ildir “Neftçi”də çıxış edirsiniz. Bu, azarkeşlərin sevgisindən irəli gəlir? Gələcəkdə “Neftçi”nin kapitanı olmaq fikriniz var?
- Hər hansı klubda forma geymişəmsə, hər zaman sevilən oyunçulardan olmuşam. Həm azarkeşlər, həm də klub tərəfindən. Yeni klubda hər zaman adaptasiyam uğurlu keçir. Bir neçə dil bilirəm. Düşünürəm ki, bu da mənə kömək olur. Hazırda “Neftçi”nin kapitanları var, onların da hər birinə böyük hörmət bəsləyirəm. Liderlik xarakterimdədir və hər oyunda bunu göstərməyə çalışıram. Gələcəkdə bir neçə il “Neftçi”də qalsam, kapitan kimi çıxış etmək istəyərəm.
- “Qarabağ” bu gün Avroliqada həlledici matça çıxacaq. Necə düşünürsən, “Qarabağ” klubunun mərhələ adlayıb yüksək əhval-ruhiyyədə sizinlə oyuna çıxması daha yaxşıdır, yoxsa məğlub olmuş şəkildə?
- Çalışacam bu suala səmimi cavab verim. Bu gün “Qarabağ”ın qələbə qazanmasını istəyirəm. Çünki bu qələbə Azərbaycan futbolu üçün mühüm əhəmiyyət kəsb edir. Rəqibin çox yaxşı heyəti var. Ona görə də bizimlə hansı heyətdə oynamalarının ciddi fərqi yoxdur.
- Daha əvvəl “Traktor”da forma geysəniz də, yalnız 1 oyunda meydana çıxmısız.
- “Traktor”da 1 yox, 2 matçda forma geyinmişəm. Sonradan koronavirusa görə çempionat dayandırıldı. 1 ay oteldə qaldıqdan sonra klubdan xahiş etdim ki, məni vətənimə yola salsınlar. Çünki qeyri-müəyyənlik idi. Qısa müddət İranda olsam da, bu, mənim üçün bir təcrübə oldu. Yeni ölkə, yeni mədəniyyətlə tanış oldum. “Traktor”un çox yaxşı azarkeşləri var. İranda güclü klublar çoxdur.
“Bizə sadəcə vaxt lazımdır” - "Şəfa"nın baş məşqçisi
Rüfətin komandası finala gedən yolda büdrədi
"Neftçi" "Sumqayıt"a, "Zirə" "Şəfa"ya qalib gəldi
Şotlandiya millisində yeni baş məşqçi
"Real"a dönüşü gələn ilə qala bilər
“Sumqayıt”ın baş məşqçisi “Neftçi”yə məğlubiyyətdən danışdı
Mahir Emreli qol ötürməsi verdi
"Neftçi"nin 3 qollu qələbəsindən - Video
"Arsenal" 18-ci dəfə İngiltərə Superkubokunun qalibi oldu
Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var
Superliqa matçında 4 yaşlı azarkeşə qarşı xoşagəlməz hadisə
“Zirə” - “Şəfa”: Heyətlər
“Çox güman ki, bu, futboldakı son ilimdir” - Ronaldo
Misli Premyer Liqasında 2-ci turun təqvimi
“Sabah” və “Qarabağ”ın çempionat oyunları təxirə salındı
Amorim onlara əlavə istirahət verdi
“Qarabağ”ın rəqibindən qələbə
“Sumqayıt” - “Neftçi”: Heyətlər
"Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
Arteta Premyer Liqada çempionluq yarışından danışdı
“Sportinq” İrankundanı transfer etdi
“Liverpul”un hücumçusu "Tottenhem"lə razılaşdı
Azərbaycanın iki boksçusu Avropa çempionatının 1/4 finalında
Zubirin təvazökar gedişi - Vida oyunu istəməyib!
“Sabahın Ulduzları” yarışında daha 3 oyun keçirildi
Ozan Can əvvəl gözəl qol, sonra rəqibinə kəllə vurdu - Video
Zubirdən vida mesajı
“Real” Mourinyonun iki istəyini yerinə yetirməyib
“Qarabağ” Zubirin getdiyini - Rəsmən açıqladı
Duran "Seltik"də ilk rəsmi qolunu vurdu
"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi
"Sabah"ın rəqibi 0:4 hesabı ilə uduzdu
"İnter" İngiltərə millisinin üzvünü transfer etdi
"Ayaks"ın vingeri PSJ-yə keçdi - Rəsmi
Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
"Sabah" mövsümə bu qələbə ilə start verdi - Video
La Liqada yeni mövsüm başladı
"Trabzonspor"dan heç-heçə, "Fənərbaxça" uduzdu