Bu gün “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans və MEDİA-nın yeni veb-saytının təqdimatı keçirilib.
Qol.az APA-ya istinadən xəbər verir ki, konfrans Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə açıq elan olunub.
Beynəlxalq media və ictimaiyyət nümayəndələri, xarici və yerli media ekspertlərinin iştirak etdiyi konfransın təşkil edilməsində məqsəd Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu, müasir dövrdə media islahatları, əldə olunan ilkin nəticələr və təhlilə yönələn fikir mübadiləsinin aparılması olub.
Konfransda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib: “Medianın İnkişafı Agentliyi ilk növbədə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir və bu istiqamətdə atılacaq addımlara dəstək göstərir”.
Konfrans “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin moderatoru olduğu panel sessiyanın müzakirəsi ilə davam edib. Konfransın moderatoru Elçin Mirzəbəyli Azərbaycan mediasının tarixi ənənələrindən bəhs edib və media sahəsində aparılan islahatlardan danışıb: “Medianın Azərbaycanda hüquqi bazası formalaşdırılıb. Bununla da iş bitməyib. Bu proses Medianın İnkişafı Agentliyinin komandası tərəfindən irəliyə doğru aparılıb. Artıq mediada aparılan islahatların nəticələrini görməkdəyik”.
Paneldə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, Ümummilli Liderin həyata keçirdiyi fundamental islahatlar nəticəsində müstəqil Azərbaycanın informasiya siyasətinin prioritetləri müəyyən edilib, senzura ləğv edilib, media üzərində dövlət nəzarəti aradan qaldırılıb, onun maddi-texniki bazası möhkəmləndirilib, yeni inkişaf perspektivləri açılıb.
Səadət Yusifova cəmiyyətin həyatında medianın rolunun durmadan artdığını deyib, medianın fəaliyyətində hər zaman obyektivlik, modernləşmə, rasionallıq, kreativlik, sosial məsuliyyət prinsiplərinin, milli maraqların daim rəhbər tutulmasının zəruriliyini vurğulayıb: “Bu gün Azərbaycan mediasında həyata keçirilən islahatların məqsədi ənənəvi medianın rəqəmsal mediaya sürətli keçidini təmin etmək, medianın maddi-texniki bazasının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, medianın beynəlxalq əməkdaşlığının genişləndirilməsidir. Medianın gücünü 30 illik işğal dövründə, Vətən müharibəsi dövründə və post-müharibə dövründə gördük. İnformasiya ən əhəmiyyətli və ən həssas yanaşma tələb edən faktordur. Ümid edirəm ki, Azərbaycan mediası bundan sonra da dövlətin inkişafına xidmət edəcək”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Əkinçi” qəzetindən başlayan milli mətbuatın tarixinə nəzər salıb, ötən dövrdə medianın, mətbuatın inkişafında müsbət dinamikaya toxunub.
Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib və bildirib ki, Azərbaycan mediası cəmiyyətin güzgüsü rolunu oynayıb: “Milli Mətbuatın qollarından biri də audiovizual mediadır. Keçən illərdə dövlət radio və televiziya kanalları ilə yanaşı, özəl radio və televiziya kanalları yaranmağa başlayıb. Ulu öndərin ölkənin ağır vəziyyətində hakimiyyətə qayıdışından sonra medianın gücünü dərk edərək hər zaman Azərbaycan mediasının dostu və dəstəkçisi oldu, Azərbaycan mediasında senzuranı ləğv etdi. Dövlətin informasiya cəbhəsində dayağı azad mediadır. Bunu müasir dövrdə atılan addımlar da bir daha göstərir. Jurnalistlərin güzəştli ipotekadan yararlanması ilə bağlı Prezident İlham Əliyevin Fərmanı bunun bariz nümunəsidir”.
Daha sonra Fazil Novruzov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının fəaliyyətindən bəhs edib, Vətən müharibəsindən sonra Kəlbəcərdə ermənilər tərəfindən basdırılan minaya düşərək həlak olan jurnalistlər – Məhərrəm İbrahimovu və Sirac Abışovu xatırlayıb.
Konfrans çərçivəsində MEDİA-nın yenilənmiş veb-saytının təqdimatı olub.
Agentliyin nümayəndəsi Ləman İsgəndərova bildirib ki, sayt ümumi dizayn, məzmun, istifadəçi rahatlığı, texniki imkanlar nəzərə alınmaqla yenidən qurulub. Yenilənmiş veb-sayt informativ olmaqla yanaşı istifadəçilər üçün daha əlçatan olub.
Yuxarı
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı
"Zirə"nin final hazırlığından - Şəkillər