Medianın İnkişafı Agentliyinin layihəsi
Bu günkü həmsöhbətimiz qadınlardan ibarət Azərbaycan millisinin və “Rizəspor”un futbolçusu Aysun Əliyevadır.
- Futbola marağınız necə yaranıb? Sizi futbolçu olmağa nə sövq etdi?
- Düzü, necə olduğu tam dəqiq yadımda deyil. Amma onu xatırlayıram ki, qardaşım məhəlləmizdə futbol oynayırdı. Mən də həmişə eyvandan baxırdım. Bu oyun mənə maraqlı gəlirdi. Sonra bir gün mən də özümü məhəllədə oğlanlarla futbol oynayanda tapdım (gülür). Daha sonra isə “Neftçi” İdman və Sağlamlıq Mərkəzində U-13-də oğlanlar liqasinda oynamağa başladım.

- Bəs, bu yolda ən çox sənə kim dəstək oldu? Qarşı çıxanlar var idimi?
- Yeni başlayanda heç kim dəstək olmurdu. Hamı deyirdi ki, bizi utandırırsan. Ama sonra mən millidə oynamağa başlayanda ailəm dəstək olmağa başladı. İndiyədək hər bir işdə ən böyük dəstəkçim anamdır.
- Aysun futbolçu olmasaydı, hansı peşəyə yiyələnərdi?
- Böyük ehtimalla jurnalist olardım. Bu peşəyə çox həvəsim var idi.
- Bilirik ki, Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Amin Seydiyevlə evlisiniz. Aminlə necə tanış olmusunuz?
- Aminlə uşaqlıqdan tanışıq. 13-14 yaşımızdan bir-birimizi liqa oyunlarda görürdük. Amma əlbəttə ki, o vaxt bu düşüncülərimiz yox idi. Mən illər sonra Amini AFFA-da görmüşdüm. Futbol oynayanda hətta qızlara demişdim ki, bu necə böyüyüb, yaraşıqlı olub (gülür). Sən demə o da məni orada görüb. Hər şey elə bundan sonra başladı.

- Aysun, bir az millidən danışaq. Yığma son matçında – Monteneqro ilə görüşdə 1:0 hesabı ilə qalib gəldi. Qələbədən sonra millidə vəziyyət necədir? Komandanız oyuna xüsusi hazırlaşmışdı?
- Millidə qələbədən sonra vəziyyət yaxşı idi. Lakin qalib gələnə qədər doğrudan da hamımız psixoloji cəhətdən çox məyus idik. Çünki hər oyun məğlubiyyətdən sonra ayağa qalxmaq heç də asan deyil. Amma ümid edirəm ki, gələcək illərdə durumumuz daha da yaxşı olacaq.

- Qeyd etdiyiniz kimi, Monteneqro ilə görüşdən əvvəl millinin məğlubiyyətləri çox oldu. Bəs, sizcə, komandadakı problem nədir?
- Əslində komandada problem yoxdur. Daxildə hər şey çox yaxşıdır. Ən böyük problem təcrübəsizlikdir. Həmişə dediyim kimi, komandaya tərübə, təcrübə və yenə də təcrübə lazımdır. Sadəcə nə qədər çox milli oyunlar oynasaq, durumumuz o qədər tez düzələr.
- Millini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır?
- Mənim fikrimcə, ən böyük addım Siyasət Əsgərovun baş məşqçi olması ilə artıq atılıb. Çünki hamımız onun sayəsində legioner həyatı yaşayırıq. Rusiya, Türkiyə, Qazaxıstan və digər ölkələrin çempionatlarında oyun praktikası qazanırıq. Bu da milliyə fayda verəcək.

- Deməli, baş məşqçidən razısınız.
- Bəli. Razıyam.
- Aysun, “Rizəspor”da çıxış edirsiniz. Bu komanda haqqında nə deyə bilərsiniz?
- “Rizəspor”da çıxış etdiyimə görə doğrudan da çox şanslıyam. Çünki komanda çox yaxşıdır. Ümid edirəm ki, həmişə belə davam edər.

- Bəs, Türkiyədə qadın futboluna maraq, oradakı vəziyət necədir? Azərbaycanla fərq nədədir?
- Türkiyədə futbol əvvəlki illərə nisbətən daha yaxşıdır. Həm azarkeşlər tərəfindən, həm maddi, həm də liqa baxımından keyfiyyətli çempionat var. Azərbaycanla Türkiyə arasındakı tək fərq odur ki, burada futbolçu qız sayı və liqa sayı çoxdur.
- Amin Seydiyev “Sabah”da, yəni, Azərbayanda çıxış edir, sizin klubunuz isə Türkiyədədir? Məsafə sizə problem yaradırmı?

- Tək problem budur ki, bir-birimiz üçün darıxırıq. Amma məsafə bizə daha da bir-birimizin qiymətini bilməyi öyrədir.
- Gələcək karyeranız üçün planlarınız necədir?
- Hələ o haqda tam fikrim yoxdur. Yəni, bilmirəm. Böyük ehtimal məşqçi olmayacağam. Bəlkə, başqa bir işlə məşğul oldum. Onu da gələcək zamanda həyatın qarşıma çıxaracağı seçimlər göstərəcək.
Nur ZEYNALOVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

DÇ tarixində ən gənc çempionlar kimlər olub?
"Qalatasaray" 2 futbolçusu ilə sağollaşdı
"Liverpul"un ən məhsuldar oyunçusu sıradan çıxdı
"Əl-Əhli" heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Real"dan darmadağınlı qələbə
"Karlos güclü oyunçudur, onunla sağollaşmağı düşünmürük"
İngiltərədə 14 matç təxirə salındı
"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu
Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı
Mahir Emreli qayıtdı, klubundan təbrik aldı - Şəkillər
Karvahal yaşıl meydanlara geri döndü
A seriyasında gərgin anlar: 3 qırmızı vərəqə, 2 qol
Messi "Liverpul"a keçir?
"Qalatasaray"ın Uqarte xəyalları suya düşdü
“Sumqayıt” futbolçusu ilə yollarını ayırdı - Rəsmi
1-ci liqada ötən ayın ən baxımlı 5 qolu - Video
"Çelsi" azarkeşləri etiraz aksiyasına hazırlaşır
252 gün sonra gələn qələbə
"Barselona"dan Avropa rekordu
"Fənərbaxça" iki tanınmış futbolçu üçün danışıq aparır
Mareska niyə 14 milyon funtluq kompensasiyadan imtina edib?
5-ci dəfə Superkuboku qazandılar
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Borussiya" Kurasao millisinin üzvünü satdı
"Barselona"nın derbi qələbəsi - Video
“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı
"Yuventus" öz meydanında xal itirdi - Video
"Qəbələ"nin rəqibləri bəlli oldu
"Fənərbaxça" Musabanı transfer etdi - Rəsmi
Haalanddan geri qalmır, rekordları alt-üst edir
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
9 ildən sonra klubdan gedir
İngiltərə klubu misirli futbolçu üçün hərəkətə keçdi
"Bavariya" yeni hücumçu transfer etdi
"Çelsi"nin baş məşqçi namizədi açıqlama verdi
Premyer Liqada ən çox qol epizodu ona məxsusdur
Mehmet Aurelio baş məşqçi təyin edildi
“Qarabağ” qış hazırlıqlarına start verdi - Şəkillər
Makqinn dubl etdi, "Aston Villa" inamlı qələbə qazandı
Ötən əsrin ən yaxşı məşqçisi vəfat etdi
"Mançester Yunayted"in ən fərqli oyunçusu seçildi
"Fənərbaxça" Lukman üçün hərəkətə keçdi