Medianın İnkişafı Agentliyinin layihəsi
Futbolda azarkeş amilinin rolunu hər oyundan əvvəl və ya sonra məşqçilər, futbolçular dəfələrlə qeyd edir. 12-ci oyunçu sayılan azarkeşlərin matça təsir gücü danılmazdır.
Ölkəmizi Avropada layiqincə təmsil edən “Qarabağ”ın da azarkeş qrupları həmişə fəallığı ilə seçilib. Onlardan biri də “İmarət” fan klubudur. Əvvəllər sayı az olsa da, indi minlərlədir. Bütün oyunlarda susmaq bilməyən “İmarət” “Qarabağ”ın ən sadiq azarkeş qrupudur. Bir qrup ağdamlı gənc tərəfindən 2009-cu ildə yaradılan “İmarət” o vaxtdan “Qarabağ”a dəstək verməyə başlayıb. Bir təbliğat vasitəsi kimi yaradılan fan klub əvvəllər çox çətinliklərlə üzləşib. Tribunaya barmaqla sayılacaq azarkeşlərin gəldiyi vaxtları da olub. Fan klubu yaradan Elnur Quliyev, Şükür Cavad, Qabil Hüseynov, Rövşən Abbasov, Səbuhi Abbasov, Elşən Ağayev və digərləri bəzən tək-tək adamlara zəng edib, onları oyuna çağırıblar. O dövrdə “İmarət” üzvlərinin “Qarabağ”la da çox isti münasibəti olmayıb. Hələ aralarında bəzən mübahisə də yaranıb. Bu gün münasibətlər yaxşıdır. Hətta klubun nümayəndələri ilə “İmarət”çilər arasında səmimiyyət, dostluq da var. Bu münasibətlər həm də ona görə istidir ki, "İmarət" üzvlərinin heç bir şəxsi marağı yoxdur, sırf "Qarabağ" sevgisinə görə matçlara gəlirlər.
Ən əsası “İmarət” azarkeş qrupunun fəaliyyəti təkcə futbolla kifayətlənməyib. Həm də onlar şəhidlərin adının, xatirəsinin yaşaması üçün çox çalışıblar. Bu cür işlərdə həmişə fəallıqları ilə seçiliblər. Dəfələrlə “İmarət” üzvlərinin qışda qar yağarkən şəhid qəbirlərinin üzərini təmizlədiklərini və bu kimi həssas addımlarının şahidi olmuşuq. Demək olar ki, hər oyunda açdıqları pankartlarla şəhidlərimizin ruhuna ehtiram göstəriblər. Özlərini “Qarabağ”ın keçmiş futbolçusu və baş məşqçisi Allahverdi Bağırovun (Azərbaycanın Milli Qəhrəmanı-red.) mənəvi əsgərləri hesab edən fan klub üzvləri hər zaman bu məsuliyyəti çiyinlərində hiss ediblər.
Son illərdə bir neçə xarici ölkədə “İmarət”in bölmələrinin açılması, azarkeş qrupunun Avropa, Türkiyə qollarının təsis edilməsi isə fan klubun uğuru hesab olunur. Avrokuboklarda “Qarabağ”ın istənilən səfər matçlarında ölkə xaricində yaşayan “İmarət”çilərin dəstəyini görürük. Bakıda hər oyunda iştirak edən azarkeş toplusu isə "İmarət Tayfa" adlanır.
“İmarət”in sabit üzvləri 500-600 nəfərdir. Ancaq çempionat və avrokubok matçlarına görə azarkeş sayı dəyişir. Əslində 500-600 Azərbaycan futbolnun bugünkü reallığı üçün normal rəqəmdir. Onu da nəzərə almaq lazımdır ki, necə ki, spartalı 1 əsgər düşmənin 10 əsgərinə bərabər olurmuş, eləcə də bu cür fan klubların azarkeşləri – qışın soyuğunda, yayın istisində komandalarını tək buraxmayan bu fanatlardan biri komandasına stadiona tum çırtlamağa gələn 50 azarkeşdən daha çox dəstək olur.
“İmarət” fan klubunun seçdiyi ad da uğurlu və bütün “Qarabağ”lılar üçün doğmadır. Çünki bu seçim Ağdamdakı “İmarət” stadionunun adının yaşadılması üçün edilib. Yəni Ağdam işğal altında olduğu müddətdə “İmarət” adı “Qarabağ”ın bu sadiq azarkeşləri tərəfindən əmanət kimi yaşadılıb. Bəli, "İmarət" adı "Qarabağ" azarkeşi üçün çox şey deməkdir. Qarabağ xanlarının nəslindən olan çoxlarının, eləcə də Xan qızı Xurşidbanu Natəvanın qəbri Ağdamdakı “İmarət”dədir. Stadion da həmin ərazidə yerləşdiyindən, arena bu adla tanınır.

Ermənilər tərəfindən dağıdılmış "İmarət" stadionu
Şübhəsiz ki, “İmarət”in üzvləri hər oyunda “Qarabağ”a necə inanıbsa, “İmarət”ə qayıdacaqlarına da o qədər əmin olublar. Yəni “Qarabağ bizimdir, bizim olacaq!” şüarını təkcə komandaya dəstək vermək üçün səsləndirməyiblər.
Artıq elə bir gün gəlib ki, “Qarabağ” azarkeşlərinin Ağdamda tikiləcək yeni “İmarət” stadionunda doğma komandalarını dəstəkləyəcəklərinə az qalıb. Elə fan klub yeni yaradılanda da devizləri "İmarət"lə İmarətə" olub. O gün isə artıq uzaqda deyil...
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri
Türkiyəyə qalib gəlsələr, 1 milyon mükafat alacaqlar
Haaland Premyer Liqanın ən yaxşısı seçildi
FİFA "Barselona"ya təzminat ödəyəcək
AFFA oyunları təxirə saldı
Tofiq Musayev UFC-də 2-ci döyüşünə çıxır
İran millisi həlak olan 179 məktəbli qızı belə andı - Video
UEFA tanınmış klubu bu mozaikaya görə cərimələdi
Klopp: "Salah daha 6-7 il ən yüksək səviyyədə oynaya bilər"
Musa Qurbanlı: “Azarkeşlər matçdan zövq aldılar”
"Napoli" Lukakunu cəzalandıra bilər
“Barselona” rəhhərliyi qəzəblənib
Alan Şirer qəza keçirdi
Emin Mahmudov: “Syerre Leone daha ciddi və güclü rəqibdir”
Messi DÇ-2026-da oynayacaqmı? - Skalonidən açıqlama
Almaniya millisində debüt etdi
Almaniya, Niderland və İspaniyadan qələbə
Azərbaycan millisinin vurduğu 6 qol- Video
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı