AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin Qol.az saytına müsahibəsi
- Böyükağa müəllim, uzun müddətdir mətbuatdan qaçırsınız. Niyə danışmaq istəmirsiniz?
- Mən yalanlardan qaçıram. Ortalığa o qədər yalan mövzular atırlar ki... Mən bir söz deyirəm, başqa söz yazırlar. Buna görə də telefonu bağlı saxlayıram.
"Bir çempionatın ki, taleyini iki komanda həll edir, orda hansı səviyyədən danışmaq olar?"
- Futbolumuzun bugünkü mənzərəsini necə görürsünüz?
- Hazırda Azərbaycanda futbol çox aşağı səviyyədədir. Bir çempionatın ki, taleyini iki komanda həll edir, orda hansı səviyyədən danışmaq olar? Çempionluq uğrunda mübarizə aparan yalnız "Qarabağa"la "Qəbələ"dir. Qoy, bu komandalar elə öz aralarında oynasın, çempion da bəlli olsun.
- Çempionatımızın səviyyəsi milli komandamıza da təsir göstərir?
- Bu gün yığmanın baş məşqçisi Robert Prosineçkiyə milli qəhrəman adı vermək lazımdır. Əgər o, bu çempionatla ortalığa komanda çıxara bilirsə, deməli, böyük məşqçidir.
- Prosineçki haqqında hər gün yeni iddialar ortaya çıxır. Millimizdən gedə bilər.
- Ola bilər. Hər dəqiqə gedəcəyini gözləmək olar. Mən kiməm ki, bu barədə nəsə deyim.Bu işləri yuxarıda oturanlar həll edirlər.
- Qarşıdan millimizin Şimali İrlandiya ilə oyunu gəlir. Bu görüşdə millimizdən nə gözləyirsiniz?
- Gəlin, etiraf edək ki, Prosineçkinin gəlişindən sonra milli komandamızdan çox şey tələb edirik. Artıq daha çox qələbə istəyirik. Rəqibin kimliyinə də baxmırıq. Əslində bu, bizim arzumuzdur. İstəyirik ki, Azərbaycan millisi Avropa öz sözünü desin. Şimali İrlandiya ilə oyun çox çətin olacaq. Ancaq istənilən nəticəni gözləyin. Uda da bilərik, uduza da.
- Prosineçki haqqında xoş sözlər dediniz. Sizcə, o, millimizdə Berti Foqtsdan daha artığını edə biləcək?
- Prosineçki bunun üçün çalışır. Onun ən yaxşı keyfiyyəti odur ki, rəqibdən qorxmur. Yadınızdadırsa, Berti Foqtsun vaxtında millimiz 8 müdafiəçi ilə oynayırdı. İndi artıq millimiz hücum edir. Bu, böyük dəyişiklikdir. Hücum edə bilmirsənsə, necə qol vuracaqsan?
"Avroliqada "Qarabağ"dan başqa heç bir klubdan uğur gözləmirəm"
- Klublarmızdan bu mövsüm avrokuboklarda nə gözləmək olar?
- Yalnız "Qarabağ"dan nəsə gözləyirəm. Görək necə oynayacaqlar. Məncə, "Qarabağ" yenə adəti üzrə Avroliqanın qrup mərhələsində oynayacaq. Qrupdan çıxıb-çıxmayacaqlarını deyə bilmərəm. Digər klublarımızdan isə heç nə gözləmirəm.
- "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.
- Hələlik uğuru Avropa Liqasında gözləmək lazımdır.
- Düşünürsünüz ki, "Qarabağ" üçün hələ ÇL-in qrupu tezdir?
- Bəli, komandamızdan başqa, cəmiyyətimiz də buna hazır olmalıdır.
"Biz dörd as məşqçi qalmışıq kənarda"
- Bir qədər də sizin haqqınızda danışaq. Həmişə meydanda olan biri üçün Məşqçilər Komitəsində işləmək darıxdırıcı deyil?
- Məcbur işləyirik də. Tutaq ki, işdən çıxdıq, nə edəcəyik? Diqqətlə fikir verin, bu gün Azərbaycan futbolunun 4 as məşqçisi kənarda qalıb. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şakir Qəribov və Böyükağa Hacıyev. Azərbaycan futbolundakı çatışmazlığı bunlar aradan qaldıra bilər.
- Klublardan təklif gəlmir?
- Hər dəqiqə gözləyirəm. Ancaq heç bir təklif yoxdur. Çünki artıq bütün klublar futbola barmaqarası baxır.
- Qeyd etdiyiniz kimi, bir çox yerli məşqçilərimiz hazırda işsizdir. Sizcə, klublarımız niyə yerli məşqçilərlə işləmək istəmir?
- Səbəbini mən sizə deyim. Bakının "İnter" klubu ömür boyu əcnəbi məşqçiyə güvəndi. Deməli, klubun sahibi Cahangir Hacıyevin öz planları var idi. O, bu günü görürdü, ona görə bunu elədi. "İnter"ə böyük pullar ayrılırdı. Xarici məşqçi bir gün gəlir, bir gün gedir. Artıq Kaxaber Sxadadze Qazaxıstanda işləyir. Bu gündən sonra o, "İnter" haqqında nə danışacaq ki? Bir az dərin fikirləşmək lazımdır. Klublara əcnəbi məşqçilər daha çox sərf edir. Ancaq belə olmamalıdır. Üstünlyü yerli mütəxəssislərə vermək lazımdır.
- Milli komandamızda necə, yerli məşqçi çalışmalıdır?
- Kim olur olsun, yerli məşqçinin tam başqa məsuliyyəti olur. Yerli məşqçini hər şeydən əvvəl evdə yaxşı xəbərlə gözləyən oğlu və yoldaşı var.
- Qurban Qurbanov müxtəlif vaxtlarda millimizin baş məşqçisi vəzifəsinə ən real namizəd göstərilsə də, buna fikir verən yoxdur. Məşqçilər Komitəsinin üzvü olaraq nə vaxtsa bu təklifi irəli sürmüsünüz?
- Qurban cavan oğlandır, enerjilidir. Niyə də işləməsin? İşləsə, daha yaxşı olar.
Ramiq AĞAMƏMMƏDOV
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video