Braziliya millisində Ançelottinin uğursuz göstəricisi

Braziliya millisində Ançelottinin uğursuz göstəricisi
DÜNYA FUTBOLU 9 Oktyabr 2026 / 10:16 435
-  A +

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın tarixində ən aşağı qələbə göstəricisinə malik çalışdırıcı olub.

QOL.az xəbər verir ki, italiyalı mütəxəssisin rəhbərliyi altında “sambaçılar” ilk 18 oyunda cəmi 10 qələbə qazanıblar.

National Football Teams məlumat yayaıb ki, bu nəticə Braziliya millisinin tarixində ilk 18 matç üzrə baş məşqçilər arasında ən aşağı göstəricidir.

Qeyd edək ki, Karlo Ançelotti “Real”dan ayrıldıqdan sonra Braziliya millisini çalışdırmağa başlayıb. O, son bir neçə onillikdə komandanın başına keçən ilk əcnəbi baş məşqçi olub.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner