Azərbaycan boksçusu finalda - Avropa çempionatı

Azərbaycan boksçusu finalda - Avropa çempionatı
BOKS 9 Oktyabr 2026 / 17:16 277
-  A +

Azərbaycan təmsilçisi Səma Abbasova Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında finala vəsiqə qazanıb.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya təmsilçisi Yustina Anufriyevaya 4:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycanın daha 7 boksçusu - Cəmilə Muradlı (57 kq), Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Qardaş Rəhimov (54 kq), Məhəmmədəli İstamov (57 kq), Hidayət Məmmədov (70 kq) və  Xumar Cəfərli (+80 kq) də yarımfinalda mübarizə aparacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner