“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə heç-heçə (0:0) etdikləri oyunu şərh edib.
QOL.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalkistlərin suallarını cavablandırıb:
- Bu gün “Sabah” bir xal qazandı, yoxsa iki xal itirdi?
- Çox yaxşı sualdır. Hazırda bu barədə danışmaq hələ tezdir. Bəzən itirilən xalları geri qaytarmaq olur. Biz cəmi altı oyun keçirmişik, qarşıda isə daha 27 matç var. İki güclü komanda qarşılaşdı. Oyun elə də baxımlı alınmadı, daha gözəl futbol izləmək istərdik. Bəzən bir komanda, bəzən isə digəri üstünlük əldə edirdi. Mənim üçün bu, gözlənilən idi. Fasilədən sonra futbolçular bəzən oyun ritmini itirirlər. Bəzi futbolçular bu matçdan əvvəl bizimlə cəmi bir məşqdə iştirak etmişdilər. Oyun formasını bərpa etməyə və çərşənbə axşamı keçiriləcək çətin matça hazırlaşmağa çalışmalıyıq.
- Matçın təxirə salınmasını niyə istəmədiniz? Digər komandalar bunu etmişdilər…
- Bu, mümkün deyil. Əgər bu matçı təxirə salsaq, “Borussiya” ilə oyundan əvvəl “Qəbələ” ilə görüşün, “Barselona” ilə matçdan əvvəl isə daha bir oyunun təxirə salınmasını istəyəcəyik. Buna ehtiyac yoxdur. Mübarizə aparmaq üçün kifayət qədər futbolçumuz var. Hər oyundan əvvəl böyük hazırlıq işi görürük. Çalışmalıyıq ki, bu işi daha da intensiv şəkildə həyata keçirək.
- Belə ağır oyundan sonra Çempionlar Liqasının matçına hazırlaşmaq çətin olacaq?
- Bəzən bu cür sualları başa düşmürəm. Bunun çətin olub-olmamasından asılı olmayaraq, mənim vəzifəm öz işimi yerinə yetirməkdir. Futbolçuları bu matçlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklərlə qarşılaşır. Siz də mətbuat konfransına gəlir və yazılarınızı hazırlayırsınız. Hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda insanlar hər şeyin asanlıqla əldə olunduğunu düşünürlər.
- “Sabah” fasilə zamanı yoldaşlıq oyunu keçirməyən yeganə Misli Premyer Liqası klubu oldu. Umarali Rahmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində meydana çıxmadılar. Səbəb nə idi? Pressinqi gücləndirmək üçün onları 62-ci dəqiqədən sonra meydana buraxmağa qərar verdiniz, yoxsa milli komandalarında oynadıqları və daha çox yorulduqları üçün belə etdiniz?
- Fasilə zamanı həmişə bizimlə qalan futbolçulara daha çox oyun vaxtı verməyə çalışıram. Milli komandalara yollanan futbolçular daha çox yorula bilərlər. Özümün nəzarət edə bildiyim amillərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timoteuş Puxaç istisna olmaqla, bütün futbolçular bizimlə məşq edirdilər. Bundan başqa, Abdulla Xaybulayev də bizimlə üç məşq keçirmişdi. O, milli komandada özünü çox yaxşı göstərir. Bu gün onlara oynamaq imkanı verdik.
- Ötən mövsüm “Neftçi” ilə bu stadionda keçirilən oyun da 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarda isə mübarizəni erkən dayandırmışdınız. Bu mövsüm isə Çempionlar Liqasındasınız. Vəzifəniz çətinləşib?
- Əlbəttə, Çempionlar Liqasında iştirak etmək bizim böyük arzumuz idi. İndi istədiyimizə nail olmuşuq. Bunun çətin olub-olmamasından asılı olmayaraq, heç nə dəyişməyəcək. Ötən mövsüm avrokuboklarda çıxışımızı erkən başa vurduq. Ötən mövsüm çempionatın ilk turlarında beş xal itirdik. Bu mövsüm isə altı turdan sonra cəmi iki xal itirmişik. Şikayətlənməyə əsasımız yoxdur.
- Demək olarmı ki, bugünkü matçın qəhrəmanı Stas Pokatilov oldu?
- Matçın qəhrəmanının kim olduğuna özünüz qərar verirsiniz.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq