Matteo Darmian bu kluba keçdi

Matteo Darmian bu kluba keçdi
DÜNYA FUTBOLU 9 Oktyabr 2026 / 11:27 377
-  A +

İtaliya millisinin sabiq müdafiəçisi Matteo Darmian “Bolonya”ya keçib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-na qədər müqavilə imzalanıb.

Darmian “Milan”ın yetirməsidir. O, A Seriyasında debütünü 2006/2007 mövsümündə edib. Darmian karyerası ərzində “Padova”, “Palermo”, “Torino”, “Mançester Yunayted”, “Parma” və “İnter” klublarında çıxış edib.

Müdafiəçi “Mançester Yunayted”in heyətində İngiltərə kuboku, Liqa kuboku və UEFA Avropa Liqasının qalibi olub. O, “İnter”də də bir sıra titullar qazanıb və Çempionlar Liqasının iki finalında iştirak edib.

Darmian İtaliya millisində 46 oyun keçirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner