Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?

Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
XƏBƏR 9 Oktyabr 2026 / 17:58 422
-  A +

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Rafinyanın qarşıdakı iki matçı buraxacağını açıqlayıb.

QOL.az xəbər verir ki, mütəxəssis futbolçunun zədəli olmadığını, lakin ehtiyat məqsədilə ona istirahət veriləcəyini bildirib.

“Bu, zədə deyil. Amma ehtiyatlı olmalıyıq. O, ötən il üç dəfə zədələnib. Buna görə də onu qorumalıyıq. Rafinya nə sabah, nə də “Qalatasaray”la oyunda meydana çıxacaq”, – deyə Flik klubun mətbuat xidmətinə açıqlamasında söyləyib.

Qeyd edək ki, “Barselona” oktyabrın 10-da İspaniya çempionatında “Xetafe”, oktyabrın 13-də isə Çempionlar Liqasında “Qalatasaray”la qarşılaşacaq. Rafinya cari mövsüm La Liqada 7 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi bir matçda isə 2 dəfə fərqlənib.


Qarabağ FK
Son xəbərlər
topaz banner