Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq

Bu gün dörd cüdoçumuz tatamiyə çıxacaq
CÜDO 10 Oktyabr 2026 / 09:17 266
-  A +

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.

Kişilər

+100 kq çəki 

Uşanqi Kokauri 1/32 finalda Emirxan Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gələcək.

Kənan Nəsibov ilk mərhələdən azaddır.

Qadınlar

+78 kq çəki 

Mədinə Kaysinova Asya Tavano (İtaliya) ilə görüşəcək.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.

Sabah çempionatda komanda yarışları təşkil olunacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner