Kubokda 29 ildən sonra rekord təkrarlandı

Kubokda 29 ildən sonra rekord təkrarlandı
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2026 / 16:58 421
-  A +

Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, keçirilən 6 qarşılaşmada 36 qol vurulub.

“Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb. 

Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner