Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!

Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
XƏBƏR 10 Oktyabr 2026 / 12:23 642
-  A +

İraqın “Nyüroz” klubunun müdafiəçisi Rastqo Farik qeyri-adi fədakarlığı ilə diqqət çəkib.

QOL.az xəbər verir ki, futbolçu ardıcıl iki dəfə topun qapıya daxil olmasının qarşısını üzü ilə alıb.

Farik əvvəlcə uzaq məsafədən vurulan zərbənin qarşısını kəsib. Ardınca isə rəqibin yaxın məsafədən aşırma zərbəsini yenə üzü ilə dəf edib və yerə yıxılıb.

Tibbi yardıma ehtiyacı olan müdafiəçi sonradan oyunu davam etdirə bilib.

Onun müdaxilələri “Nyuroz”un hesabdakı üstünlüyünü qorumasına kömək edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner