Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
QOL.az xəbər verir ki, Mərhələnin son günündə Azərbaycan millisinin daha 6 idmançısı yarımfinala yüksəlib.
Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) cəmi 79 saniyəyə üstələyib. Boksçumuz final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.
Qardaş Rəhimov (54 kq) bu dəfə Mikita Beskaravainy (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.
Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.
Nəticədə yarımfinala yüksələn boksçularımızın sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.
Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar oktyabrın 11-də olacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi