Bu oyun Zerbinin taleyini həll edə bilər

Bu oyun Zerbinin taleyini həll edə bilər
DÜNYA FUTBOLU 8 Oktyabr 2026 / 21:12 408
-  A +

İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer “Tottenhem”in baş məşqçisi Roberto De Zerbinin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, Şirer “Tottenhem” - “Mançester Yunayted” qarşılaşmasının italyalı mütəxəssis üçün həlledici ola biləcəyini bildirib. Şirer “Tottenhem”in daha bir uğursuzluğa haqqının olmadığını vurğulayıb:

“Bu, həftəsonunun ən vacib oyunlarından biridir. Hansı komanda uduzsa, bu, baş məşqçinin taleyinə təsir edə bilər. Məsələ bu qədər ciddidir. Komanda turnir cədvəlinin sonuncusudur, böyük məbləğdə vəsait xərcləyib və yaxşı futbol oynamır. Ötən mövsüm baş verənləri dəyişmək üçün futbolçular transfer etdilər, amma hazırda daha pis vəziyyətdədirlər. De Zerbi bu oyunu səbirsizliklə gözləyirdi. O, yeni futbolçuları ilə işləmək üçün daha çox imkan əldə edə bilərdi. Buna görə də bu görüş həm “Tottenhem”, həm də “Mançester Yunayted” üçün çox vacibdir”.

Qeyd edək ki, “Tottenhem” - “Mançester Yunayted” matçı oktyabrın 10-da keçiriləcək.

Xatırladaq ki, “Tottenhem” Premyer Liqada 5 oyundan sonra 2 xalla sonuncu pillədədir. London klubu hələ qələbə qazanmayıb və bu matçlarda cəmi 2 qol vurub.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner