“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi
DÜNYA FUTBOLU 9 Oktyabr 2026 / 11:58 255
-  A +

İngiltərənin “Everton” klubunun sahibi komandanın satışını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Everton”un sahibi olan “The Friedkin Group” (TFG) kluba yeni investisiyaların cəlb edilməsi ilə bağlı variantları dəyərləndirir. Bunlara nəzarət səhm paketinin mümkün satışı da daxildir.

Şirkətin açıqlamasında qeyd olunub ki, “Everton”un idarəçiliyini üzərinə götürərkən klub ciddi maliyyə problemləri ilə üzləşib. TFG-nin əsas məqsədi maliyyə sabitliyini təmin etmək, investisiyaları artırmaq və komandanın yeni stadionunun tikintisinin başa çatdırılmasına dəstək vermək olub.

Şirkət bundan sonra klubun inkişafının növbəti mərhələsini nəzərdən keçirmək üçün uyğun vaxtın çatdığını bildirib. TFG yalnız “Everton”un gələcəyini təmin edə və inkişafını davam etdirə biləcək potensial alıcıların təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, satış prosesi ilə bağlı TFG-yə “Moelis & Company” məsləhətçi şirkəti dəstək verir. Klub və sahibi proses davam etdiyi müddətdə əlavə açıqlama verməyəcəklərini bildiriblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner