“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”

“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
DÜNYA FUTBOLU 8 Oktyabr 2026 / 20:47 666
-  A +

Joze Mourinyo karyerası ərzində hakimlərlə bağlı yaşadığı problemlərdən danışıb.

QOL.az xəbər verir ki, “Real”ın baş məşqçisi bunun bəxtsizliklə əlaqəli olduğunu bildirib:

“Problemin məndə olduğunu düşünmürəm. Problem ondadır ki, hansısa kluba gələndə bəxtim gətirmir. “Real”da Neqreyra ilə bağlı mühüm bir dövrü yaşadım. O vaxt heç kim bundan xəbərdar deyildi, amma biz həmin prosesi yaşadıq. Bu baş verdi. Mən klubdan ayrıldım, indi isə hamı bu məsələni bilir. Daha sonra Türkiyədə böyük qalmaqal oldu. Mən tez-tez belə vəziyyətlərin içində oluram”.

Qeyd edək ki, La Liqada 7 turdan sonra “Real” 15 xalla 4-cü pillədə qərarlaşıb. “Barselona” isə 21 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner