“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video

“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
VİDEO 10 Oktyabr 2026 / 11:14 374
-  A +

“Oyundan qabaq nəticədən danışa bilmərəm. Sadəcə onu deyə bilərəm ki, meydanda əlimizdən gələni edəcəyik, ürəklə oynayacağıq”.

QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda “Slaviya”ya qarşı keçirəcəkləri oyundan danışarkən deyib. 

Özbək futbolçu Bakıda Çexiya çempionunu məğlub etmək üçün ürəklərini meydanda qoyacaqlarını bildirib: “Azərbaycanlı olmasaq da, Azərbaycan klubunda forma geyirik. 100 faiz ürəkdən oynayacağıq. Nəticənin necə olacağını zaman göstərəcək. Kim güclüdürsə, o da qalib gələcək. İnanıram ki, güclü tərəf məhz biz olacağıq”. 

Raxmonaliyev vətənində insanların “Sabah”la maraqlandığını söyləyib: “Özbəkistanda futbolla əlaqəsi olan hər bir şəxs Azərbaycan və “Sabah” azarkeşi olub. Bizə dəstək olurlar. Onlar da uğur qazanmağımızı ürəkdən istəyirlər”. 

23 yaşlı yarımmüdafiəçi matçın keçiriləcəyi Bakı Olimpiya Stadionundan da söz açıb: “Olimpiya Stadionunda oynayacağımız üçün həyəcan yoxdur. Azarkeşlərin dəstəyi ilə daha da ruhlanacağıq. İnşallah, biz maksimum dərəcədə həm mental, həm də futbol tərəfdən qarşıdakı matça hazır olacağıq”.

“Slaviya”nın heyətində hansısa futbolçunu tanıyırsınız?” sualını Raxmonaliyev belə cavablandırıb: “Slaviya”nın oyunçuları haqda ümumi məlumatım var. Lakin oyundan qabaq kiminsə adını xüsusi olaraq çəkmək istəmirəm. Bizə “Slaviya” ilə görüşdə yaxşı nəticə lazımdır. Ayrı-ayrı oyunçular haqda düşünümürəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner