“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappe ilə bağlı tənqidlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, portuqaliyalı mütəxəssis sol dizindən zədələnən fransalı futbolçunun vəziyyətinin tibbi mütəxəssislər tərəfindən yoxlanıldığını və müayinələrin nəticələrinin üst-üstə düşdüyünü deyib.
“Mbappe zədədən sonra qayıtdı, müayinədən keçirildi və diaqnoz qoyuldu. O, həmçinin kənar mütəxəssisə müraciət etdi. Çünki dizindəki problemlərin tarixçəsini nəzərə almamaq olmaz. Diaqnozlar tamamilə üst-üstə düşdü. Bərpa planı var və onun təfərrüatlarını bilməyinizə ehtiyac yoxdur.
Bundan sonra isə problem axtarışı başlayır. Son həftələr futbolda yaşanan real problemlər kifayət etmədi ki, insanlar tənqid üçün yeni bəhanələr axtarmasınlar? Əvvəlcə onun gecə əyləncəsində iştirak etdiyi iddia edildi. Halbuki bu, Paris Moda Həftəsi çərçivəsində keçirilən özəl tədbir idi. Daha sonra İsveçrədə velosiped sürməsi müzakirə olundu. Söhbət kiçik kotteclərdən ibarət oteldən gedirdi və velosipedlər ərazidə hərəkət etmək üçün nəzərdə tutulmuşdu. Amma hadisəni elə təqdim etdilər ki, sanki o, İsveçrə veloturunda iştirak edirdi”, - deyə Mourinyo bildirib.
Qeyd edək ki, Mbappe Fransa millisinin düşərgəsində sol dizindən zədələnib. Hazırda hücumçu bərpa prosesi keçir. Onun vəziyyəti tibbi heyətin nəzarətindədir.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı