Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündən əvvəl müalicəsi ilə məşğul olan tibb işçilərinin 12 ilədək müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
QOL.az “Al Jazeera”ya istinadən xəbər verir ki, 2020-ci il noyabrın 25-də vəfat edən Maradonanın ölümü ilə bağlı 2026-cı ilin aprelindən etibarən yeddi tibb işçisi məhkəmə qarşısına çıxarılıb. Təqsirləndirilənlər arasında futbolçunun şəxsi həkimi Leopoldo Luke, psixiatr, psixoloq, tibb bacıları və tibbi yardımın koordinasiyasına cavabdeh şəxslər var. Onlar tibbi yardımın göstərilməsində ciddi pozuntulara yol verməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.
Prokuror Patrisio Ferrari yekun çıxışı zamanı tibbi heyətin fəaliyyətini xaotik adlandırıb. O bildirib ki, həkimlərin işindəki nizamsızlıq Maradonanın köməksiz vəziyyətdə qalmasına və faktiki olaraq taleyin ümidinə buraxılmasına səbəb olub.
Prokurorluq futbolçunun şəxsi həkimi Leopoldo Luke üçün 12 il həbs cəzası istəyib. Digər tibb işçiləri üçün isə 4 ildən 10 ilədək həbs cəzası tələb olunub.
Qeyd edək ki, Maradona beyin damarındakı laxtanın çıxarılması əməliyyatından sonra bərpa prosesi keçirdiyi vaxt dünyasını dəyişib.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür
“Neftçi”nin legioneri qələbədə iştirak etdi