Ronaldo 980-ci qolunu belə vurdu - Video

Ronaldo 980-ci qolunu belə vurdu - Video
VİDEO 10 Oktyabr 2026 / 09:38 415
-  A +

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo karyerasında 980-ci qoluna imza atıb.

QOL.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 8-ci turunda “Əl-Diriyə” ilə görüşdə fərqlənib.

O, matçın 23-cü dəqiqəsində rəqib qapısına yol tapıb. Qarşılaşma “Əl-Nəsr”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ronaldo karyerası ərzində Portuqaliya millisində 146, klub səviyyəsində isə 834 qol vurub.

Qeyd edək ki, 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edən futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner