“Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 7-ci turunda “Araz-Naxçıvan” üzərində 2:0 hesablı qələbəni şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını bildirib:
- Şamaxıya gələn azarkeşlərimizə təşəkkür edirəm. Çox vacib qələbə qazandıq. Heyətdə itkilərimiz var idi, amma meydana çıxan futbolçular oynamayanları layiqincə əvəz etdilər. Oyunun çox çətin keçəcəyini bilirdik. “Araz-Naxçıvan”da baş məşqçi dəyişib. Belə dəyişikliklər adətən komandaya müsbət təsir edir. Onların yeni baş məşqçisinin oyun üslubunu öyrənmək imkanımız olmayıb.
Futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Buna görə onlara təşəkkür edirəm. Rəhbərlik bizə hərtərəfli dəstək göstərir. Bu qələbə onların da əməyinin nəticəsidir. Oyun o qədər də dinamik alınmadı. Əsas qələbə idi və biz buna nail olduq.
– Sizcə, qapıçı Rojerio Santos komandanın neçə faizini təşkil edir?
– Faizlə danışmayacağam. Hər futbolçunun öz güclü tərəfləri və bacarıqları ola bilər. Bizdə də belə oyunçular var. Biz sadəcə tanınmış futbolçuları bir yerə toplamaq yox, yaxşı komanda yaratmağa çalışırıq. Kimsə digərlərindən daha çox fərqlənə bilər, amma biz komandayıq. Bundan sonra da belə davam edəcəyik.
– Gələcəkdə Namiq Ələsgərovla Rəhman Hacıyevi eyni vaxtda meydanda görəcəyik?
– Bəli, belə olacaq. Hazırda optimal heyəti tam müəyyənləşdirməyə çalışırıq. Namiq həm Rəhmanla, həm də Əbubəkirlə birlikdə oynayacaq. Komandada şans verilməyən futbolçu qalmayacaq. Hər kəsə özünü göstərmək imkanı yaradacağıq.
– Xal hesabında “Zirə”yə çatmısınız. Növbəti turda məhz bu rəqiblə qarşılaşacaqsınız. Həmin oyunu “6 xallıq matç” adlandırmaq olarmı?
– Bizim üçün qazanılan hər xal 6 xala bərabərdir. Çünki maliyyə imkanlarımız və buna uyğun olaraq gücümüz məhduddur. “Zirə”yə gəlincə, bizi Gəncədə çox çətin oyun gözləyir. Ümid edirəm ki, azarkeşlərimizə yaxşı futbol nümayiş etdirəcək və xal qazanacağıq.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı