Qarabağ atlarını dünyadakı digər at cinslərindən fərqləndirən xüsusi bir cəhəti var ki, bunu yalnız mütəxəssislər və tədqiqatçılar bilir. Bu atların nəsli türkmən at cinslərinin nəslindəndir. Boy-buxununa görə ərəb atları, daha yaraşıqlı görünür və qısa məsafədə Qarabağ atlarını keçir. Amma uzaq məsafədə Qarabağ atları ərəb atlarının yanından «Mersedes» «Jiquli»nin yanından keçən kimi keçir. Amma əsas fərq bu deyil. Qarabağ atları orta boylu atlardır, döyüşdə böyük manevr imkanlarına malikdir, düşmənin qılıncının qarşısından sıyrılıb çıxa bilirlər. Yenə də əsas fərq bu deyil. Qarabağ atları yeganə at cinsidir ki, döyüşdə üstündəki əsgərlə bərabər düşmənlə vuruşa bilir. Ayaqları ilə, ağzı ilə düşməni məhv edir.
Və onu da qeyd edim ki, təmiz cinsli Qarabağ atlarını qaşovlayıb gün üzünə çıxaranda qızıl balıq kimi üstlərində qızıl pullar göz oxşayır.
«Nəsimi» filmində Usta belə bir ifadə işlədir ey: «Teymur mənim at ağızlı oğlanlarımı…» «At ağızlı» ifadəsi də məhz Qarabağ atlarının döyüşkənliyindən yaranıb. Yəni dişiylə, dırnağıyla da düşmənlə çarpışır bizim atlar.
Qurban Qurbanovun köhlən atları da «Legiya» ilə dişiylə, dırnağıyla «döyüşdü». Və Qurbanın at ağızlı köhlənləri çox həssas bir dönəmdə xalqımıza böyük sevinc yaşatdı.
At ağızlı əsgərlərimiz erməniləri necə ki «dişiylə-dırnağıyla» məhv edib torpaqlarımızı azad edirlər! Və Qurban Qurbanovun köhlən atlarının qələbəsi onlara yeni bir ruh verdi.
Qurban Qurbanovu və komandanın bütün kollektivini, futbolçuları ürəkdən təbrik edirik.
Tanrı ön cəbhədəki at ağızlı əsgərlərimizi qorusun! Və Tanrı Qurban Qurbanovun at ağızlı köhlənlərini də!
Aqil ABBAS
"İnter"in futbolçusu üçün il başa çatdı
Azərbaycan güləşçilərindən 3 medal
Azarkeşi döyən stüardlar həbs ediləcəklər
"Mançester Yunayted" 250 əməkdaşını işdən çıxarır
"Qalatasaray"da yeni müqavilə
Mbappenin qardaşının yeni klubu bilindi
Rüfət Dadaşov yeni mövsüm öncəsi ilk oyuna çıxdı
"Bavariya" yeni futbolçu alır
"Arsenal" İtaliya millisinin üzvü ilə razılaşdı
"Səbail"dən ayrıldı
12 ildən sonra "Karvan"a qayıtdı
Braziliya millisində ciddi itki
"Kəpəz"i daha 3 legioner tərk etdi
Avro-2024-də vəhşilik - Video
"Sumqayıt"ın iki rəqibi açıqlandı
UEFA “boz qurd” işarəsinə görə Merihi cəzalandıra bilər
"Sumqayıt"ın rəqibi yeni transferlə müqaviləni ləğv etdi
Penaltilər seriyasında Ronaldonun nəbzi iki dəfə azalıb
Piolinin yeni klubu müəyyənləşdi
"Şamaxı" daha 2 legioner oyunçu alır
"Sabah"ın rəqibi İspaniyaya yollandı - "Hazır olmalıyıq"
Türkiyə millisinin iki üzvü Niderlandla oyunu buraxacaq
Amerika kubokunda 1/4 final cütlükləri bilindi
Türkiyəni 1/4 finala yüksəldən qələbə - Video
Arda Gülerdən qələbə şərhi
Ərdoğan millini təbrik etdi
Niderlandın böyükhesablı qələbəsi - Video
UEFA Türkiyənin qəhrəmanını mükafatlandırdı
Avro-2024: 1/4 finalın bütün cütlükləri və təqvimi
Türkiyə millisi Avro-2024-ün 1/4 finalında!
Rumıniya millisinin baş məşqçisi: "Nağılımız başa çatdı"
Kumandan qələbə şərhi
Rumıniya - Niderland matçının ən yaxşısı
Avstriya - Türkiyə Heyətlər
"Sabah" nigeriyalı hücumçu ilə yolları ayırdı
İbrahimoviçlə yeni müqavilə imzalandı