"İnana bilmirəm ki, bu gün evə dönürük. Biz düşünürdük ki, yolumuza davam edəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri Avstriya millisinin baş məşqçisi Ralk Ranqnik deyib. Avro-2024-ün dünən gecə Türkiyəyə qarşı keçirilən 1/8 final matçından (1:2) sonra təşkil olunan mətbuat konfransında alman mütəxəssis bildirib:
"Turnirdə oynadığımız dörd oyun, bugünkü matç da da daxil olmaqla, çox maraqlı alındı. Hər şey bizim üçün rəvan getmədi, amma dörd çox əyləncəli və gərgin oyun izlədik. İndi biz buradan özümüz üçün ən yaxşıları Millətlər Liqasına, ondan sonra isə dünya çempionatının seçmə mərhələsinə aparmalıyıq".
Ralk Ranqnik bildirib ki, onlar Türkiyə ilə görüşdə öz şanslarından yetərincə yararlana bilməyiblər: "Bundan başqa, standart vəziyyətlərdə heç də yaxşı müdafiə oluna bilmədik".
Ranqnik matçın son dəqiqəsində Türkiyə millisini fantastik seyvlə qoldan xilas edən Mert Günoku 1966-cı ildə İngiltərə millisi ilə birgə dünya çempionu olmuş qapıçı Qordon Benkslə müqayisə edib:
"Bəxtimiz gətirmədi və inanıram ki, əlavə vaxt olsaydı, qalib gələcəkdik. Əlbəttə, hesabı bərabələşdirmək üçün vaxtımız var idi. Lakin əgər qapıda Qordon Benks dayanıbsa, qol vurmaq çətindir".
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar