"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.
Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanacaq: Ramal Abışov, Şahram Ələkbərli, Əbdüləziz Cabbarlı, Fərhad Abbasov, Əli Əliyev, Bəxtiyar Səmədzadə, Cavid Məmmədov, Əli İbrahim, Əli Qazibəyov, Rəvan Teymurov, İsabala Məmmədli, Elşən Nəsirov, Əli Abışev, Rəşid Tarıverdiyev, Kəmaləddin Cəfərli, Nihat İsgəndərov, Muhamed Efe Zekir, Sahib Əliyev.
Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-də dairəvi sistem üzrə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq "Qarabağ" Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Ertəsi gün "Qarabağ" İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandası ilə qarşılaşacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”i ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.
Qeyd edək ki, bu, "Qarabağ"ın akademiyasının komandalarının mövsümdə 9-cu səfəridir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar